https://sputnik.az/20210816/Narkomanlarin-atdigi-korpeler-427676165.html
Narkomanların atdığı körpələr - Kiçik bir sığınacaqda belələri üstünlük təşkil edir
Narkomanların atdığı körpələr - Kiçik bir sığınacaqda belələri üstünlük təşkil edir
Sputnik Azərbaycan
Kiçik yaşlı uşaqlarda reaabilitasiya daha tez gedir, çünki onların şüuraltıları bir elə zədəli olmur. Gördükləri də yaşları ilə əlaqəli olaraq daha tez... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T09:31+0400
2021-08-16T09:31+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42164/54/421645454_0:0:2752:1549_1920x0_80_0_0_fcd06a1cc10c5b739482c3f0bff757d4.jpg
BAKI, 16 avqust — Sputnik. Narkotikdən əziyyət çəkənlər arasında valideynlərin də olması cəmiyyət üçün daha böyük faciələrə yol açır. Son günlərdə mediada narkoman valideyn tərəfindən atılan körpələrə bağlı bir neçə məlumat yayımlanıb.Bu körpələrin bir qismi də "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacaqda yaşayırlar. K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında belə uşaqların sayı və onların psixoloji travmaları haqda danışaraq bildirib ki. hazırda sığınacaqda 1-16 yaş aralığında 36 uşaq yaşayır ki, onlardan 23-nün iki valideynindən biri narkotik istifadəçisidir: "Bir müddət öncə mediada barəsində məlumat gedən Cahid adlı 5 yaşlı uşaq narkotik aludəçisi olan anası və onun sevgilisi tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. O uşaq aldığı zədələrdən xəstəxanaya düşdü və hazırda da bizim sığınacağımızın sakinlərindən biridir. Aparılan əməliyyat nəticəsində bir həftədə 2 belə uşaq da sığınacağa daxil olub. O uşaqlardan biri yaş yarımlıqdır və bizim onun haqqında heç bir məlumatımız yoxdur".K.Ağazadə zorakılıq qurbanı olan belə uşaqların qorxularından danışır: "Zorakılığa məruz qalan uşaqlar bu gün bizim sığınacaqda psixoloji, sosial, tibbi istiqamətdə reabilitasiyadan keçirlər. Uşaq düşdüyü məkanın onun üçün təhlükəli olub-olmayacağı, burada vurulub-vurulmayacağı, şiddətə məruz qalıb-qamayacağı və sairə fikirlərlə sığınacağa yerləşdiyi üçün ilk olaraq onun adaptasiyası önəmlidir. Belə valideynlərin uşaqlarını ən çox düşündürən suallar bunlardır".K.Ağazadə bildirir ki, kiçik yaşlı uşaqlar daha tez adaptasiya oluna bilir: "Sığınacağımıza bir dəfə 10 yaşlı bir qızı gətirmişdilər. Evdə əməliyyat keçirilmişdi, qızın həm anası, həm babası narkotik satışı ilə məşğul olduqları üçün ailə üzvləri birdən həbs edilmişdi. Uşağın verdiyi sual bu idi ki, "sabah evə gedib anamı görəcəyəm?". Artıq üçüncü ildir, uşağın anası ilə ünsiyyəti var. Ümumiyyətlə, kiçik yaşlı uşaqlarda reaabilitasiya daha tez gedir, çünki onların şüuraltıları bir elə zədəli olmur. Gördükləri də yaşları ilə əlaqəli olaraq daha tez unudulur.Görülən işlərdən danışan K.Ağazadə uşaqlara qarşı şiddətin qarşısının alınması və zorakılıq hallarının aşkarlanması üçün Baş Prokurorluq tərəfindən 961 çağrı mərkəzinin yaradılmasına diqqət çəkir.NarkomanlarAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).Cəzasını "içəridə" çəkənlərHazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.Narkomaniya "ağ ölüm"dür. Hər şey əlinizdə ikən bu bəlaya düçar olmayın, özünüzü, övladlarınızı qoruyun!Həmçinin oxuyun:Həssas məsələdə "yüngül hal": azadlıqda gəzən narkotik təbliğatçılarına kim cavabdehdir?Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun bütün həyatını alt-üst edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42164/54/421645454_21:0:2752:2048_1920x0_80_0_0_bf1011476c84296f583060c697b03512.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Narkomanların atdığı körpələr - Kiçik bir sığınacaqda belələri üstünlük təşkil edir
09:31 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Kiçik yaşlı uşaqlarda reaabilitasiya daha tez gedir, çünki onların şüuraltıları bir elə zədəli olmur. Gördükləri də yaşları ilə əlaqəli olaraq daha tez unudulur.
BAKI, 16 avqust — Sputnik. Narkotikdən əziyyət çəkənlər arasında valideynlərin də olması cəmiyyət üçün daha böyük faciələrə yol açır. Son günlərdə mediada narkoman valideyn tərəfindən atılan körpələrə bağlı bir neçə məlumat yayımlanıb.
Bu körpələrin bir qismi də "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacaqda yaşayırlar. K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında belə uşaqların sayı və onların psixoloji travmaları haqda danışaraq bildirib ki. hazırda sığınacaqda 1-16 yaş aralığında 36 uşaq yaşayır ki, onlardan 23-nün iki valideynindən biri narkotik istifadəçisidir: "Bir müddət öncə mediada barəsində məlumat gedən Cahid adlı 5 yaşlı uşaq narkotik aludəçisi olan anası və onun sevgilisi tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb. O uşaq aldığı zədələrdən xəstəxanaya düşdü və hazırda da bizim sığınacağımızın sakinlərindən biridir. Aparılan əməliyyat nəticəsində bir həftədə 2 belə uşaq da sığınacağa daxil olub. O uşaqlardan biri yaş yarımlıqdır və bizim onun haqqında heç bir məlumatımız yoxdur".
K.Ağazadə zorakılıq qurbanı olan belə uşaqların qorxularından danışır: "Zorakılığa məruz qalan uşaqlar bu gün bizim sığınacaqda psixoloji, sosial, tibbi istiqamətdə reabilitasiyadan keçirlər. Uşaq düşdüyü məkanın onun üçün təhlükəli olub-olmayacağı, burada vurulub-vurulmayacağı, şiddətə məruz qalıb-qamayacağı və sairə fikirlərlə sığınacağa yerləşdiyi üçün ilk olaraq onun adaptasiyası önəmlidir. Belə valideynlərin uşaqlarını ən çox düşündürən suallar bunlardır".
K.Ağazadə bildirir ki, kiçik yaşlı uşaqlar daha tez adaptasiya oluna bilir: "Sığınacağımıza bir dəfə 10 yaşlı bir qızı gətirmişdilər. Evdə əməliyyat keçirilmişdi, qızın həm anası, həm babası narkotik satışı ilə məşğul olduqları üçün ailə üzvləri birdən həbs edilmişdi. Uşağın verdiyi sual bu idi ki, "sabah evə gedib anamı görəcəyəm?". Artıq üçüncü ildir, uşağın anası ilə ünsiyyəti var. Ümumiyyətlə, kiçik yaşlı uşaqlarda reaabilitasiya daha tez gedir, çünki onların şüuraltıları bir elə zədəli olmur. Gördükləri də yaşları ilə əlaqəli olaraq daha tez unudulur.
Görülən işlərdən danışan K.Ağazadə uşaqlara qarşı şiddətin qarşısının alınması və zorakılıq hallarının aşkarlanması üçün Baş Prokurorluq tərəfindən 961 çağrı mərkəzinin yaradılmasına diqqət çəkir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2020-ci ildə müvafiq diaqnozla 2723 nəfər qeydiyyata götürülüb, 1856 nəfər isə qeydiyyatdan çıxarılıb.
Həmçinin ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayı ərzində Respublika Narkoloji Mərkəzdə qeydiyyata götürülənlərin sayı 96 nəfər artıb (2020-ci ildə- 856 nəfər, 2021-ci ildə - 952 nəfər).
Cəzasını "içəridə" çəkənlər
Hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 5970 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 1833 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 3556 nəfərdir.
Narkomaniya "ağ ölüm"dür. Hər şey əlinizdə ikən bu bəlaya düçar olmayın, özünüzü, övladlarınızı qoruyun!