SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Taliblər Vardak əyalətinin inzibati mərkəzini ələ keçiriblər

Paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Taliban hərəkatı Əfqanıstanın Vardak əyalətinin inzibati mərkəzi olan Meydanşəhri ələ keçirdiyini elan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb.
Məlumatda deyilir ki, əyalət administrasiyasının binası, polis idarəsi, mərkəzi qazamat taliblərin nəzarətinə keçib.
Yaraqlılar Kabilə qaçan hökumət qüvvələrinin silah-sursatını da ələ keçiriblər.
Bir qədər əvvəl Taliban hərəkatının Əfqanıstanın Cəlalabad şəhərini ələ keçirməsi barədə xəbər yayılıb. Bu barədə Nanqarxar əyalətindən olan deputat Abrarullu Murad açıqlama verib.
Adıçəkilən yaşayış məntəqəsi paytaxt Kabillə yanaşı son vaxtlara qədər hökumət qüvvələrinin nəzarətində olan iki iri şəhərdən biri olub.
Yerli sakinlərdən biri Frans Press agentliyinə bildirib ki, taliblər Cəlalabada döyüşsüz yiyələniblər.
Ölkədə müharibə ABŞ qoçunlarının çıxarılması fonunda baş verir. Rusiyada bunu Əfqanıstanda ABŞ missiyasının iflasa uğraması kimi dəyərləndirirlər.
Həmçinin oxuyun:
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
Taliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır