https://sputnik.az/20210802/Taliblr-Gilmnd-yaltindki-televiziya-mrkzini-l-keiriblr-427606548.html
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
Sputnik Azərbaycan
Son sutka ərzində hökumət qüvvələri 455 talibi məhv ediblər. Taliblər isə Pərvanə və Nangərharda hərbçilərin yaralanması barədə məlumat veriblər. 02.08.2021, Sputnik Azərbaycan
2021-08-02T20:22+0400
2021-08-02T20:22+0400
2021-11-16T20:28+0400
xəbərlər
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476077_0:310:3072:2048_1920x0_80_0_0_52aa9e17fcbf24e1c65d6462ff111b90.jpg
BAKI, 2 avqust — Sputnik. Taliban* radikal hərəkatı Əfqanıstan milli televiziyasının Ləşkərgah şəhərindəki ofisini ələ keçirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, döyüşlərin davam etdiyi Gilmənd vilayətində KİV-lərin yayımı tamamilə dayandırılıb.Tolo News kanalının məlumatlarına görə, son iki gün ərzində televiziyanın binasında əməkdaşlardan heç kim olmayıb.Ləşkərgah – Əfqanıstanın cənubunda yerləşən və ərazisinə görə ən böyük olan Gilmənd vilayətinin paytaxtıdır.Hazırda ölkənin 15 bölgəsində, o cümlədən Qəndahar, Herat, Badqis, Gilmənd və Nimruz əyalətlərində davam edir.Hakimiyyət orqanlarının məlumatlarına görə, son sutka ərzində hökumət qüvvələri 455 talibi məhv ediblər. Taliblər isə öz növbəsində Pərvanə və Nangərharda hərbçilərin yaralanması barədə məlumat veriblər.Əfqanıstanda hökumət qüvvələri ilə taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb.Bir qədər əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, taliblər siyasi kompromisə hazırdırlar, onların rəhbərliyi isə "müharibədən doyub".Əfqanıstan XİN bununla razılaşmayaraq Doxada razılaşma imzalandıqdan sonra yaraqlıların ardıcıl şəkildə həmin sənədin tələblərini, xüsusilə də zorakılığın miqyasının azaldılması ilə bağlı öhdəliyi pozduğunu bildiriblər.* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476077_0:118:3072:2048_1920x0_80_0_0_85cdbbc0fc861b8080702d4de8959452.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
20:22 02.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Son sutka ərzində hökumət qüvvələri 455 talibi məhv ediblər. Taliblər isə Pərvanə və Nangərharda hərbçilərin yaralanması barədə məlumat veriblər.
BAKI, 2 avqust — Sputnik. Taliban* radikal hərəkatı Əfqanıstan milli televiziyasının Ləşkərgah şəhərindəki ofisini ələ keçirib. Sputnik Azərbaycan
Rusiya mediasına istinadən xəbər verir ki, döyüşlərin davam etdiyi Gilmənd vilayətində KİV-lərin yayımı tamamilə dayandırılıb.
Tolo News kanalının məlumatlarına görə, son iki gün ərzində televiziyanın binasında əməkdaşlardan heç kim olmayıb.
Ləşkərgah – Əfqanıstanın cənubunda yerləşən və ərazisinə görə ən böyük olan Gilmənd vilayətinin paytaxtıdır.
Hazırda ölkənin 15 bölgəsində, o cümlədən Qəndahar, Herat, Badqis, Gilmənd və Nimruz əyalətlərində davam edir.
Hakimiyyət orqanlarının məlumatlarına görə, son sutka ərzində hökumət qüvvələri 455 talibi məhv ediblər. Taliblər isə öz növbəsində Pərvanə və Nangərharda hərbçilərin yaralanması barədə məlumat veriblər.
Əfqanıstanda hökumət qüvvələri ilə taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb.
Bir qədər əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, taliblər siyasi kompromisə hazırdırlar, onların rəhbərliyi isə "müharibədən doyub".
Əfqanıstan XİN bununla razılaşmayaraq Doxada razılaşma imzalandıqdan sonra yaraqlıların ardıcıl şəkildə həmin sənədin tələblərini, xüsusilə də zorakılığın miqyasının azaldılması ilə bağlı öhdəliyi pozduğunu bildiriblər.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.