https://sputnik.az/20210815/Talibler-Calalabad-sheherini-ele-kechiribler-427698379.html
Taliblər Vardak əyalətinin inzibati mərkəzini ələ keçiriblər
Taliblər Vardak əyalətinin inzibati mərkəzini ələ keçiriblər
Sputnik Azərbaycan
Paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb. 15.08.2021, Sputnik Azərbaycan
2021-08-15T10:22+0400
2021-08-15T10:22+0400
2021-11-16T20:28+0400
xəbərlər
siyasət
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476067_0:0:2877:1626_1920x0_80_0_0_88a8d14ddb680f5119138b7d77b689f6.jpg
BAKI, 15 avqust — Sputnik. Taliban hərəkatı Əfqanıstanın Vardak əyalətinin inzibati mərkəzi olan Meydanşəhri ələ keçirdiyini elan edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb.Məlumatda deyilir ki, əyalət administrasiyasının binası, polis idarəsi, mərkəzi qazamat taliblərin nəzarətinə keçib.Yaraqlılar Kabilə qaçan hökumət qüvvələrinin silah-sursatını da ələ keçiriblər.Bir qədər əvvəl Taliban hərəkatının Əfqanıstanın Cəlalabad şəhərini ələ keçirməsi barədə xəbər yayılıb. Bu barədə Nanqarxar əyalətindən olan deputat Abrarullu Murad açıqlama verib.Adıçəkilən yaşayış məntəqəsi paytaxt Kabillə yanaşı son vaxtlara qədər hökumət qüvvələrinin nəzarətində olan iki iri şəhərdən biri olub.Yerli sakinlərdən biri Frans Press agentliyinə bildirib ki, taliblər Cəlalabada döyüşsüz yiyələniblər.Ölkədə müharibə ABŞ qoçunlarının çıxarılması fonunda baş verir. Rusiyada bunu Əfqanıstanda ABŞ missiyasının iflasa uğraması kimi dəyərləndirirlər.Həmçinin oxuyun:Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblərTaliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0f/427476067_0:0:2877:1808_1920x0_80_0_0_4f6b25d676245686b13c38bef7acf796.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, dünya
Taliblər Vardak əyalətinin inzibati mərkəzini ələ keçiriblər
10:22 15.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb.
BAKI, 15 avqust — Sputnik. Taliban hərəkatı Əfqanıstanın
Vardak əyalətinin inzibati mərkəzi olan Meydanşəhri ələ keçirdiyini elan edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Kabildən 46 km məsafədə yerləşən Meydanşəhrin ələ keçirilməsi barədə hərəkatın nümayəndəsi Zəbuilla Mücahid Twitter hesabında məlumat yayıb.
Məlumatda deyilir ki, əyalət administrasiyasının binası, polis idarəsi, mərkəzi qazamat taliblərin nəzarətinə keçib.
Yaraqlılar Kabilə qaçan hökumət qüvvələrinin silah-sursatını da ələ keçiriblər.
Bir qədər əvvəl Taliban hərəkatının Əfqanıstanın Cəlalabad şəhərini ələ keçirməsi barədə xəbər yayılıb. Bu barədə Nanqarxar əyalətindən olan deputat Abrarullu Murad açıqlama verib.
Adıçəkilən yaşayış məntəqəsi paytaxt Kabillə yanaşı son vaxtlara qədər hökumət qüvvələrinin nəzarətində olan iki iri şəhərdən biri olub.
Yerli sakinlərdən biri Frans Press agentliyinə bildirib ki, taliblər Cəlalabada döyüşsüz yiyələniblər.
Ölkədə müharibə ABŞ qoçunlarının çıxarılması fonunda baş verir. Rusiyada bunu Əfqanıstanda ABŞ missiyasının iflasa uğraması kimi dəyərləndirirlər.
Taliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?