Dünyanın havası kəskin dəyişəcək - iqlimşünas

Potsdam İnstitutunun alimi 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq anomaliyanı aşkara çıxarıb.
Sputnik
BAKI, 7 avqust - Sputnik. Tropiklərdən Şimali Atlantikaya isti su kütlələrini çatdıran okean cərəyanları sisteminin zəifləməsi dünyada havanın kəskin, fəlakətli həddə dəyişməsinə gətirib çıxaracaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə iqlimşünas, Postdam İqlim Dəyişiklikləri İnstitutunun əməkdaşı Niklas Boers deyib.
Alim 1870-1900-cü illər zaman kəsiyində dəniz səthinin temperatur dəyişkənliyini və Atlantik okeanının duzluluq səviyyəsini araşdıraraq anomaliyanı aşkara çıxarıb. Onun əldə etdiyi nəticələrə görə, Atlantik cərəyanın zəifləməsinə buzların əriməsi səbəbindən şirin suyun Şimali Atlantika okeanının sularına qarışması səbəb olub. Bu, dəniz suyunun duzluluğunu xeyli azaldır. 
"Qlobal temperaturun artması istilik genişlənməsinə səbəb olacaq ki, bu da öz növbəsində Atlantik meridian cərəyanının hazırkı vəziyyətinin sabitliyini pozacaq. Sirkulyasiyanın kollapsı qlobal iqlim sisteminin digər komponentlərinin, o cümlədən tropik mussonların, planetin "buz papağı"nın və Amazon meşələrinin dayanıqlılığının itirilməsinə səbəb ola bilər", - Boers bildirib.
Eləcə də oxuyun:
İsti-soyuq mif: amerikalılar iqlim məsələsi ilə oynayaraq dünyanı necə biçimləndirirlər
Son 30 ildə Azərbaycanın su ehtiyatları xeyli azalıb
Maldiv adaları yoxa çıxa bilər
Qreta Tunberq artıq lazım deyil, ondan qurtuldular