CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılara Finlandiyada sürpriz vədi

Finlandiya çempionunun 38 yaşlı baş məşqçisi bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq. O, həmçinin meydançanın örtüyü və hava durumuna da diqqət çəkib.
Sputnik
BAKI, 3 avqust — Sputnik. "Oyun gözlədiyimiz kimi keçdi. "Neftçi" yaxşı komandadır. Yusuf Laval bu gün bizə problem yaratdı. 3 gün əvvəl oyunumuz olduğu üçün hazırlıqla bağlı problemimiz var. Bununla belə, baxımlı görüş oldu".
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, cavab matçında bəzi dəyişikliklər olacaq: "Neftçi" bizə qarşı "Olimpiakos" və "Dinamo"ya qarşı oynadığı kimi çıxış etdi. Düşünürəm ki, cavab görüşündə sürpriz ola bilər".
Onun sözlərinə görə, ilk qarşılaşmada qol buraxmaq istəmirdilər: "İlk 25-30 dəqiqədə topla yaxşı rəftar edirdik. Bundan sonra hər iki komandada yorğunluq başladı. Sevindirici haldır ki, iki qol vurduq. İlk hissədə daha yaxşı oynadıq".
Koskela Finlandiya çempionatının davam etməsini özləri üçün üstünlük saymadığını deyib: "Bu, ziyanımıza da işləyə bilər. "Neftçi" hazırlıq dönəmi keçsə də, bizdə bu fürsət olmadı. Çempionatda çıxış edib, 3 gündən sonra avrokubok görüşünə çıxmaq üstünlük ola bilməz".
Baş məşqçi Bakıya yaxşı nəticə üçün gəldiklərini vurğulayıb: "2:2 hesablı heç-heçə yaxşı nəticədir. Evdə süni meydançada oynayacağıq. Bu, bizim üçün üstünlük ola bilər. Nəticəyə görə məyus deyiləm".
Koskela bildirib ki, sərgilənən oyun və buraxılan qollar matçın ümiumi mənzərəsi idi: "Onları fərqləndirməzdim. Bizim üçün əsas problem istilik idi. Hazırda Finlandiyada havanın temperaturu müsbət 16 dərəcədir. Orada oynamaq daha asan olacaq".
Eləcə də oxuyun:
Avropa Liqasının oyununda dörd qol: "Neftçi" şansını gələn dəfəyə saxladı
Türkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər