CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyevadan dünyaya mesaj

Mehriban Əliyeva sosial şəbəkə hesabından paylaşdığı bayram təbrikində xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini də ehtiramla yad edib.
Sputnik

BAKI, 20 iyul - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

"Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!" - Mehriban Əliyeva sosial şəbəkə hesabından paylaşdığı təbrikində qeyd edib.

Azərbaycanda Qurban bayramı iki gün qeyd olunacaq

Ölkəmizdə Qurban bayramı iyulun 20-si və 21-də qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının tövsiyələrinə görə, qurban kəsimi 20 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

Bu gün və sabah məscidlərdə birgə bayram namazları qılınacaq. 

Eləcə də oxuyun: