BAKI, 16 iyul — Sputnik. "Rostex" Dövlət Korporasiyasının “Facebook” səhifəsində MAKS-2021 (Beynəlxalq aviakosmik salonu) sərgisində əsas premyeralardan biri olacaq ən yeni hərbi təyyarənin fotoşəkilləri dərc olunub.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, haqqında danışılan təyyarə şəkillərdə örtükdə göstərilib. “Facebook”-dakı paylaşımın altında "Wanna see me naked?" (Məni örtüksüz görmək istəyirsənmi?") ifadəsi yazılıb.
Qeyd edək ki, yeni təyyarə barədə təyyarə istehsalı korporasiyası hələ həftənin əvvəlində anons verib, lakin heç bir təfərrüatı açıqlamayıb.
Aviasiya sahəsində ekspert Oleq Panteleyevin qənaətinə görə, bu, beşinci nəsil, böyük döyüş yükünə malik, aparıcı aviazərbə vasitələri ilə təchiz olunmuş yüngül taktiki təyyarə olacaq.
Mütəxəssisin fikrincə, V-şəkilli görünüş və təyyarənin qanadlarının konturları onda radarlar tərəfindən aşkar olunmamaq üçün texnologiyaların tətbiq olunduğundan xəbər verir.
Cari ildə Beynəlxalq aviakosmik salonunun on beş yaşı tamam olur. Sərgi 20-25 iyul tarixlərində Moskva ətrafındakı Jukovskda təşkil olunacaq və koronavirusun yayılmasına qarşı tədbirlər nəzərə alınmaqla keçiriləcək. Bundan əlavə, salondan "Rostex" və Birləşmiş Aviasiya Korporasiyasının “Youtube” kanallarında da yayım olunacağı bildirilib.
Eləcə də oxuyun:
Onuncu "Türk Döyüşçü"nü yaratmağa ruslar kömək edə bilərlər
Dubay aviasalonunun ulduzları - Rusiyanın "Yak-130" və "Mi-38"i
Rusiya ən yeni döyüş təyyarəsini ilk olaraq hansı ölkəyə satacaq?
Rusiyanın hipersəs raketləri niyə ABŞ-ın F-35 və F-22-lərinin "istismarına mane olur"