03:27 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Yak-130 təyyarəsi, arxiv şəkli

Dubay aviasalonunun ulduzları - Rusiyanın "Yak-130" və "Mi-38"i

© Sputnik / Ramil Sitdikov
XƏBƏRLƏR
Qısa URL
5910

Əhəmiyyətinə görə dünyanın üçüncü aviasalonu Dubai Airshow 2019-da Rusiyanın "Yak-130" hərbi-təlim təyyarəsi və çoxməqsədli "Mi-38" helikopteri uğurla debüt edib

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 20 noyabr — Sputnik. Səmada üstünlük, yerdə isə ağlabatan qiymətlər - Rusiya aviasənayesinin mütəxəssis və sifarişçiləri cəlb edən əsas xüsusiyyətləridir. Əhəmiyyətinə görə dünyanın üçüncü aviasalonu Dubai Airshow 2019 da istisna olmadı. Burada "Yak-130" hərbi-təlim təyyarəsi və çoxməqsədli "Mi-38" helikopteri uğurla debüt etdi.

Dubai Airshow 2019 aviasalonu 76 ölkədən 1200 şirkəti cəlb edib. Burada 165 təyyarə, helikopter və pilotsuz aparat təqdim olunub. Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası (BAK) üçün Dubay işgüzar əlaqələrin və kooperasiyaların genişləndirilməsi üçün vacib məkandır. Üstəlik, bu, məhsulun ən yaxşı təqdimatı üçün digər istehsalçılarla birbaşa rəqabətdə həm göydə, həm də yerdə əla imkandır.

BAK-ın rəhbəri Yuri Slyusar deyib ki, Dubayda xeyli modernləşdirilmiş "Yak-130" təqdim olunub: "O, təkcə hərbi-təlim deyil, daha çox hərbi təyyarəyə çevrilir". Nümayiş uçuşu zamanı təyyarə yüksək pilotaj fiqurlarını ideal surətdə yerinə yetirib, standart kaskadı isə yalnız 4++ nəslinə aid maşınların edə biləcəyi manevrlərlə tamamlayıb.  İlin əvvəlindən etibarən BAK təyyarənin hərbi potensial və imkanlarını artırır. Dubaydakı ekspozisiyada "Yak-130"un  aviasiya məhvetmə vasitələrini - 30 mm-lik silahını, idarəolunan raketləri, idarəedilməyən reaktiv mərmilər blokunu, radioelektron döyüş vasitələrini - görmək olar. 

Mi-38 helikopteri, arxiv şəkli
© Sputnik / Vladimir Astapkovich
"Mi-38" helikopteri

VİP konfiqurasiyalı, perspektivli, çoxməqsədli "Mi-38" helikopteri də mütəxəssislərin böyük marağına səbəb oldu, BƏƏ-dən olan alıcıların xoşuna gəldi. Görünür, Dubai Airshow 2019 aviasalonu Rusiyanın MDB ölkələri ilə hərbi-texniki əməkdaşlığına yeni impuls verə bilər.

Texnoloji aktyor

Hazırda Rusiya əcnəbi tərəfdaşlarına təxminən 100 ədəd "Yak-130" təyyarəsinin tədarükü üzrə müqavilələri gerçəkləşdirir. Artıq Əlcəzair və Banqladeş (hərəsi 16 ədəd), Belarus, Laos və Myanma bu təyyarədən alıblar, Suriya isə iri partiya (26 ədəd) sifariş edib. Analoji diqqəti Özbəkistan da göstərir. Potensial alıcılar siyahısında Avrasiyanın onlarla dövləti var və bu da təsadüfi deyil. Təyyarə unikal, 5-ci nəsil qırıcıları da daxil olmaqla aviatexnikanın bir çox modellərinin uçuş xüsusiyyətlərini imitasiya etmək qabiliyyətinə malikdir.

Öz sinfində ikiyerli "Yak-130" hərbi-təlim təyyarəsi rəqib tanımır. Bu aparat çoxfunksiyalı, yüksək manevr qabiliyyətinə malik qırıcıların təyyarəçilərini, eləcə də hücumçu və bombardmançı pilotları hazırlamağa imkan verir (dünyada hələ indiyədək belə imkanlara malik başqa hərbi-təlim təyyarəsi olmayıb).

"Yak-130" - hərbi və təlim imkanlarını ahəngdar şəkildə ehtiva edən texnoloji aktyordur. Yığcam, çoxfunksiyalı təyyarə havaya 2 ton ağırlıqda hərbi sursat qaldıra və real döyüşdə zərbə endirmək məsələsini uğurla həll edə bilir. Yüngül döyüş təyyarəsi qismində "Yak-130" eyni uğurla həm hava hədəfləri ilə mübarizə aparmağa, həm də  yüksək dəqiqlikli silahla düşmənin yerüstü obyektlərini məhv etməyə qadirdir.  Yerlə toqquşma təhlükəsində isə avtomatik olaraq dalışdan çıxa bilir. Yenilənmiş təyyarə sifarişçinin tələbləri və istifadə regionundan asılı olaraq daha geniş spektrli məsələləri həll edə biləcək.

Altı asma qurğusu "hava-hava", "hava-yer" tipli idarəolunan və idarəolunmayan raketlərin, idarəolunan və sərbəst düşən bombaların müxtəlif seçim qrupunu yerləşdirməyə imkan verir. Təyyarə yeni rəqəmli-elektron tənzimləmə sistemli iki turboreaktiv RD-35 mühərriki ilə təchiz olunub. Praktiki tavanı - 12500 m, maksimal sürəti 1050 km/saat, uçuş məsafəsi - 2000 kilometrdən çoxdur.  "Yak-130" ilə faydalı yüklənmə və boş halda müxtəlif hündürlüklərə sürətli qalxma üzrə bir neçə dünya rekordu qırılıb. Texniklər və aviatorlar texniki xidmətin asanlığı və sadəliyi səbəbindən təyyarəni çox qiymətləndirirlər. "Yak-130" elə də tələbkar deyil və sərt iqlim şəraitində uçuşlara uyğunlaşdırılıb. Hava yığıcısının qoruyucu qapaqları və aşağı təzyiqli şinlərə malik şassilərin rıçaq dayaqları sayəsində bu maşından qrunt uçuş-enmə zolağına malik aerodromlarda da istifadə etmək mümkündür. Təxminən 800 m qaçış və əyləcdən çıxarmadan 12 saniyə sonra təyyarə uçuş zolağından aralanır. "Yak-130"un resursunu istehsalçı 10 min uçuş saatı və ya 30 istismar ili qədər qiymətləndirir.

İdeal çoxməqsədli  

Rusiyanın ən yeni çoxməqsədli "Mi-38" helikopteri də ilk dəfədir ki, xaricdə təqdim olunur. Maşın unikal texniki xüsusiyyətlərə malikdir. Konstruktorlar helikopterin maksimal universallığını təmin etmək üçün onun istismar imkanlarını genişləndiriblər.

Yeni maşının isti iqlim şəraitində, səhralıq və dağlıq ərazilərdə rahat və etibarlı isitismarı Yaxın Şərqdən olan mütəxəssislərin xüsusi marağına səbəb olub. Amma onun istismar zonası bundan da genişdir - həm dəniz, həm tropik, hətta arktik mühitdə istifadəsi mümkündür.

Helikopter ən sərt müasir təhlükəsizlik və ekoloji təmizlik normalarına uyğun layihələndirilib. "Mi-38" göstəriciləri beş maye-kristal displeydə əks olunan pilotaj-naviqasiya kompleksinə inteqrə olunmuş yeni, qənaətcil "ТВ7-117В" mühərrikləri ilə təchiz olunub. Maşının konstruksiyasında sırf Rusiya istehsalı olan aqreqatlardan, komponentlərdən və kompozit materiallardan istifadə olunub.

Boeing 737 MAX 8 təyyarəsi səmaya qalxır
© AFP 2019 / STEPHEN BRASHEAR

"Mi-38"in füzelyaj konturu və güc qurğusunun korpusu təkmilləşdirilib, aparıcı pəri isə qoruyucu vtulkanın içinə yerləşdirilib. İlk dəfə olaraq Rusiyanın helikopter konstruksiyasında ənənəvi "arxa" mövqeyi əvəzinə, mühərrikin əsas reduktordan öndə yerləşdirilməsi sxemi gerçəkləşdirilib (bunun sayəsində aerodinamik müqavimət, kabinədə səs-küy azalıb və təhlükəsizlik artıb).

Çoxməqsədli "Mi-38" orta "Mi-8" ilə ağır "Mi-26" arasında mövqe tutacaq. Mühəndis-texniki həllər sayəsində bu maşın yükgötürmə, sərnişin yerinin sayı və əsas texniki-uçuş xüsusiyyətlərinə görə öz sinfindən olan digər vertolyotları üstələyir (kreyser sürəti - 290 km/saat, uçuş məsafəsi - 1000 km, praktiki tavanı - 5900 m, ekipaj - 2 nəfər). Maksimal uçuş kütləsi 15,6 ton olan helikopter göyərtəsinə, yaxud xarici asqısına 5 ton faydalı yük götürə, sərnişin modifikasiyasında isə 30 nəfəri sərnişin qismində daşıya bilər.

Aİ-də "Boeing 737 MAX" təyyarələrinin uçuşu qadağan olundu>>

"Mi-38"in ekstremal şəraitdə sınaqları bu ilin iyulunda başa çatıb, noyabr ayında isə Kazan aviazavodunda onun seriya istehsalına başlanılıb. Bir müddət əvvəl bəlli olub ki, 15 bu cür maşın 2020-ci il üçün  RF Müdafiə Nazirliyinin sərəncamında olacaq. Çoxməqsədli "Mi-38" ordunun mobilliyini artırmağa və tətbiq sahəsini genişləndirməyə imkan verəcək. Üstəlik, planetin bütün qitələrində uçan dünya rekordsmeni "Mi-8"in (ixrac variantı - "Mi-17V") ənənəsini layiqincə davam etdirəcək. 

Əsas mövzular