Onuncu "Türk Döyüşçü"nü yaratmağa ruslar kömək edə bilərlər

© AP Photo / Emrah GurelTürk hava güvvələrinə məxsus qırıcı təyyarələr
Türk hava güvvələrinə məxsus qırıcı təyyarələr - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi TF-X 2013-cü ildə təqdim olunub. Onun ilk uçuşu isə 2023-cü ilə planlaşdırılıb

BAKI, 29 avqust — Sputnik. Rusiya Türkiyəyə beşinci nəsil qırıcı TF-X (Turkish Fighter X) yaratmaq üçün öz köməyini təklif edib.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev deyib.

Şuqayev qeyd edib ki, Rusiya Türkiyəyə mühərriklər və radioelektron mübarizə vasitələri tədarük edə bilər.

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayır - Sputnik Azərbaycan
SİYASƏT
Moskva, yoxsa Vaşinqton - Türkiyə kimi seçəcək?
 O, həmçinin xatırladıb ki, MAKS-2019 aviasalonunda görüşləri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin sənaye əməkdaşlığının vacibliyini vurğlayıblar: "Bizim sənayemiz, prinsipcə, hazırdır".

Ərdoğan beşinci nəsil Su-57 təyyarəsinə baxış keçirib. O, Su-57 qırıcısının rəsmən təqdim edildiyi ilk xarici ölkə başçısı olub. Ərdoğan iki sual verib - bu təyyarə uça bilirmi və onu almaq olarmı. Hər iki suala Putin müsbət cavab verib.

Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi TF-X 2013-cü ildə təqdim olunub. Onun ilk uçuşu isə 2023-cü ilə planlaşdırılıb. TF-X hava qüvvələrinin sərəncamında olan F-16 təyyarələrini əvəz etməlidir. Proqramın dəyəri 10 milyard dollar təşkil edə bilər.

Xəbər lenti
0