BAKI, 12 iyul - Sputnik. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.
Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.
Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.
Eləcə də oxuyun:
Taliblər Qəndəhara daxil olublar: İranla sərhəddə yerləşən məntəqəni də ələ keçirblər
Politoloq: ““Taliban” iqtisadi layihələrin həyata keçirilməsinə problem yarada bilər”
Aİ Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Rəhmon yardıma görə İlham Əliyevə təşəkkür etdi
Tacikistanda qırğızların müharibəni qızışdırması ilə bağlı cinayət işi açılıb