Taliblər Qəndəhara daxil olublar: İranla sərhəddə yerləşən məntəqəni də ələ keçirblər

© Sputnik / OMAR SOBHANIВооруженные люди в Афганистане
Вооруженные люди в Афганистане - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Bu arada Qəndəharın qubernatoru bəyan edib ki, şəhərdə vəziyyət nəzarət altındadır, yaraqlılar geri çəkilirlər.

BAKI, 9 iyul — Sputnik. Taliban Əfqanıstanın İranla sərhədində yerləşən nəzarət buraxılış məntəqəsini ələ keçirib.
Məlumatda qeyd olunur ki, söhbət Əfqanıstanın Fərəh vilayətində yerləşən Abu Nəsr Fərəhi nəzarət buraxılış məntəqəsindən gedir. 

15:15

Taliban hərəkatının (Rusiyada qadağan olunub) üzvləri Qəndəhara daxil olublar. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Mənbə nəşrə bildirib ki, döyüşlər şəhərin mərkəzi həbsxana hissəsində gedib. Hazırda döyüşlər bazar yaxınlığında gedir. Bir neçə dinc sakin öldürülüb və yaralanıb. Lakin onların dəqiq sayı açıqlanmır.

Bu arada Milli Təhlükəsizlik Müdirliyinin verdiyi məlumata görə, hökumət ordusunun xüsusi bölmələri gecə saatlarında şəhərin bir neçə yerində Talibana qarşı əməliyyat keçirib, nəticədə doqquz yaraqlı öldürülüb, iki yaraqlı yaralanıb.

Bu arada Qəndəharın qubernatoru bəyan edib ki, şəhərdə vəziyyət nəzarət altındadır, yaraqlılar geri çəkilirlər.

Putin Moskvadakı danışıqlardan xəbərdardır

Rusiya lideri Vladimir Putin Taliban nümayəndə heyətinin Moskvaya gəlişindən xəbərdardır. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əfqanıstandakı vəziyyətin nə qədər gərgin inkişaf etdiyi, Əfqanıstan ilə Tacikistan arasındakı sərhəddəki gərgin vəziyyət fonunda təmaslar lazımdır. Bu danışıqlar lazımdır", - o deyib.

Əfqanıstanda nə baş verir

Birləşmiş Ştatlar Prezidenti Co Bayden aprelin 14-də Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq barədə qərar qəbul edib. Bu əməliyyat ABŞ tarixində ən çox davam edən xarici hərbi kampaniyadır.

ABŞ Əfqanıstanda əməliyyatlara 2001-ci ilin oktyabrında başlayıb. ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına bu ilin mayından başlanılıb. 2010-2013-cu illərdə əməliyyatların pik dövründə Əfqanıstanda koalisiya qüvvələrinin sayı 150 mindən çox olub. ABŞ və NATO-nun əsas qoşunları bu ölkədən 2014-cü ildə çıxarılıb.

Xatırladaq ki, ABŞ 11 sentyabr 2001-ci il terror aktlarından sonra Əfqanıstan və İraqda hərbi əməliyyatlar keçirib.

Vaşinqtonun keçirdiyi əməliyyatların məqsədlərindən biri "Əl-Qaidə" rəhbəri Üsamə bin Ladenin zərərsizləşdirilməsi idi. ABŞ Federal Təhlükəsizlik Xidməti (FTX) bin Ladenin yerinə dair məlumata görə, 25 milyon dollar pul mükafatı da qoyub. Bin Laden 2011-ci ildə ABŞ tərəfindən zərərsizləşdirilib.

ABŞ və müttəfiqlərinin İraqda keçirdiyi hərbi əməliyyatlar mart ayında başlayıb və may ayına qədər davam edib. Vaşinqton Səddam Hüseyn rejimini "Əl-Qaidə" daxil olmaqla, beynəlxalq terrorizmdə və kütləvi qırğın silahlarının hazırlanması və saxlanılmasında ittiham edib. Əməliyyatlar nəticəsində Səddam Hüseyn devrilib və edam edilib.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

Eləcə də oxuyun:

  • Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

  • Əfqanıstanın taleyi İranda müəyyənləşir – Kritik danışıqlar

  • Dünyada ən gözlənilən hadisələr: Əfqanıstan, Suriya və AVRO-2020

  • Putin Əfqanıstanla bağlı söz verdi – Lazımı dəstək veriləcək

  • ABŞ-dan sonra Rusiya Əfqanıstana qoşun göndərir? Kremldən cavab

Xəbər lenti
0