CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəhmon yardıma görə İlham Əliyevə təşəkkür etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon. Bakı, 10 avqust 2018-ci il
Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon. Bakı, 10 avqust 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib

BAKI, 7 may — Sputnik. Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi aparıblar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər lenti
0