İDMAN

Şəhriyar Məmmədyarov Harri Kasparov üzərində növbəti qələbəsini qazanıb

Birinci görüşdə azərbaycanlı şahmatçı Kasparova qarşı ağ fiqurlarla oynayıb və qələbə üçün ona yeddi gediş kifayət edib. Bu dəfə isə o, qara fiqurlarla oynayıb və bu partiya 25 gedişə qədər uzanıb.
Sputnik

BAKI, 11 iyul — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 13-cü dünya çempionu Harri Kasparov üzərində növbəti qələbəsini qazanıb. 

Məmmədyarov və Kasparov Xorvatiyanın paytaxtı Zaqrebdə keçrilən "Grand Chess Tour"un blits-turnirində ikinci dəfə görüşüblər. 

Birinci görüşdə azərbaycanlı şahmatçı Kasparova qarşı ağ fiqurlarla oynayıb və qələbə üçün ona yeddi gediş kifayət edib. Bu dəfə isə o, qara fiqurlarla oynayıb və bu partiya 25 gedişə qədər uzanıb. Bununla belə, Məmmədyarov bakılı dünya çempionu üzərində növbəti qələbəsini qazanıb. 

13:45

Şəhriyar Məmmədyarov: "Kasparov dahi şahmatçıdır, biz isə tarixin bir parçası"

Azərbaycanlı şahmat dahisi Şəhriyar Məmmədyarov deyib ki, 28 ildir sahmatla məşğuldur və bütün zamanlarda ən çox sevdiyi şahmatçı məhz Harri Kasparov olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə "Grand Chess Tour"un blits yarışının 6-cı turunda 13-cü dünya çempionu Harri Kasparovu 7 gedişə məğlub etməsini "Facebook" hesabında şərh edərkən yazıb.

"Onun oyunları inanılmaz olub", - Məmmədyarov həmyerlisi olan şahmat dühası haqqında qeyd edib. 

28 ildir hər zaman Kasparovla oyunu gözlədiyini bildirən 36 yaşlı qrossmeyster cəmi 7 gedişə qalib gəlməsinin hər 4 ilə 1 gediş anlamı verdiyini vurğulayıb:

"Siz hələ də dostunuzla şahmat oynayanda bir az tez oyna deyirsiniz? Sizləri cox sevirəm, dəstəyiniz ücün. O, bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçasıyıq".

Şəhriyar Məmmədyarov ilk dəfə Bakı şahmat məktəbinin yetirməsi olan Harri Kasparovla bir turnirdə qarşılaşıb.

Yeddi gedişə 13-cü dünya çempionunu məğlub etmək

Xatırladaq ki, ötən gün Xorvatiyanın paytaxtı Zaqrebdə Grand Chess Tour-un blits turniri çərçivəsində Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda 13-cü dünya çempionu, Rusiyanı təmsil edən bakılı Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.

Məmmədyarovun aktivində 7,5 xal var və rusiyalı Aleksandr Qrişukla 6-7-ci yerləri bölüşür.. Yarım xal yığan Kasparov sonuncu yerdədir. Faransalı Maksim Vaşye-Laqrav 9,5 xalla birincidir.

Həmçinin oxuyun: 

* Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

* Şəhriyar Məmmədyarov Harri Kasparova qarşı oynayacaq