CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanıldı

"Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq.
Sputnik

BAKI, 5 iyul — Sputnik. Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması prosesinə start verilib.

Bu barədə Sputnik Azərbaycan-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanıldı

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanıldı

Xatırladaq ki, "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.

Xəzər dənizində zəlzələ baş verib

Qeyd edək ki, Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 04:02-da Xəzər dənizində zəlzələ qeydə alınmışdır", - məlumatda bildirilib.

Ötən gün axşam saatlarında Xəzər dənizində partlayış baş verib. İlkin olaraq partlayışın "Ümid" neft-qaz yatağında baş verdiyi ehtimal edilsə də, sonradan SOCAR-ın mətbuat xidməti 4 iyul 2021-ci il tarixində axşam saatlarında dəniz istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar SOCAR-ın heç bir sənaye obyektinə zərər dəymədiyini bildirib.

Bu gün səhər erkən saatlarda Fövqəladə Hallar Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub.

Qeyd olunub ki, hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

Ekspertlər Xəzərdə baş verən vulkanın və zəlzələnin dənizdəki seysmoloji aktivliyin təzahürü olduğunu bildirirlər.

Qeyd edək ki, vulkan və zəlzələ nəticəsində hər hansı mülki və sənaye əhəmiyyətli obyektə, canlıya zərər dəyməyib.

Daha ətraflı oxuyun:

* Xəzərdə partlayış: Bu anadək nə məlumdur

* Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

* Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar