BAKI, 28 iyun — Sputnik. Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürüb.
Sputnik Azərbaycan xəbər verir ki, ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Azərbaycan təmsilçilərindən Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.
Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya təmsilçisini vaxtından əvvəl məyus edib. O, daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. 1/4 finalda Türkiyə güləşçisi üzərində də böyükhesablı qələbəyə sevinən Cəfərov yarımfinala yüksəlib.
Turan Bayramov (70 kq) qitə birinciliyinə Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. Bayramov 1/4 finalda daha öncə bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn Bayramov adını yarımfinala yazdırıb.
Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda rusiyalı rəqibinə məğlub olub.
Zəfər Əliyev (97 kq) debütdə gürcüstanlı həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq 1/4 finalda o, Ukrayna idmançısıyla bacarmayıb.
57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə) 4:12
65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya) 10:0
1/8 final: Sabir Cəfərov - Luis Mazoyer (Fransa) 10:0
1/4 final: Sabir Cəfərov - Burak Sinin (Türkiyə) 7:0
1/2 final: Sabir Cəfərov - Turpal Xatuyev (Rusiya)
70 kq
1/8 final: Turan Bayramov – Simon Monz (Almaniya) 10:0
1/4 final: Turan Bayramov - Narek Harutyunyan (Ermənistan) 5:0
1/2 final: Turan Bayramov - Davit Patsinaşvili (Almaniya)
79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya) 1:6
97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan) 12:2
1/4 final: Zəfər Əliyev - Danilo Stasiuk (Ukrayna) 0:10
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Eləcə də oxuyun:
Mariya Stadnik Polşada çempion oldu
Azərbaycanın "Ağ canavarı": Şuşada DÇ səviyyəsində turnir planlaşdırırıq
Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək