BAKI, 23 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi barbarlıq aktlarını, dağıntılar və minalanmış ərazilərin xəritəsi barədə məlumat verib.
"Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim", - İlham Əliyev iyunun 23-də Migel Anxel Moratinosu qəbul edərkən deyib.
Prezident qonağa 44 günlük müharibə onun acı nəticələrindən bəhs edərkən deyib:
"Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu".
Qarabağı təkcə müharibə dövründə deyil, ondan sonra da dağıdıblar
"Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar", - İlham Əliyev əlavə edib.
O, ermənilərin bu dağıntıları hansı səbəbdən törətdiklərini sadalayaraq deyib:
"Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq".
Azərbaycanın dövlət başçısı artıq bütün resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başladıqlarını bildirib.
"Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik", - İlham Əliyev vurğulayıb.
Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.
Minalanmış ərazilərin xəritələri

Həmçinin oxuyun:
* Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN
Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?
Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır
ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı
Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov