SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

© Sputnik / Kemale AliyevaVətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyir ki, peşə fəaliyyətini icra edərkən iki dəyərli jurnalsitimiz həlak oldular
Zamin Zeynal: ““Minasız Qarabağa gedək” aksiyası funksiyasını davam etdirəcək”

“Bu gün Azərbaycan ərazilərində yerləşən sülhməramlı qüvvələrə baxmayaraq ermənilər  cinayətlər törədirlər”. Bunu Sputnik Azərbaycan Multimadia Mətbuat Mərkəzində keçirilən tədbirdə Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyib.

O bildirib  ki, ermənilər bölgədə basdırdıqları minalarla pərakəndəlik yaratmağa, peşə fəaliyyətini yerinə yetirən insanlara mane olmağa çalışırlar: “Sonuncu belə hadisədə peşə fəaliyyətini icra edərkən iki dəyərli jurnalistimiz həlak oldular. Bu hərəkətlər qəbul edilməzdir və bu yöndə “Minasız Qarabağa gedək” aksiyası funksiyasını davam etdirəcək. Aksiya çərçivəsində 10 dildə bəyanat yayımlanacaq. Bizim beynəlxalq qurumlardan istəyimiz odur ki, Azərbaycan ərazilərində basdırılmış minaların xəritəsi ermənilərdən tələb edilsin”.

Zamin Zeynalın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0