TƏHLİL

Qərb üçün inqilabi vəziyyət: ABŞ bacarmır, Avropa isə istəmir

Tramp nümayişkaranə şəkildə müttəfiqləri təhqirlər və saymamazlıqla alçaldırdı. Yeni demokrat hökumət faktiki olaraq eyni cür hərəkət edir.
Sputnik

 

BAKI, 27 mart — Sputnik, İrina Alksnis. Dövlət katibi Entoni Blinkenin vəzifəyə gəldikdən iki ay sonra Avropaya ilk səfəri Co Baydenin birinci mətbuat konfransı ilə eyni səbəbdən baş tutub: əvvəlcədən aydındır ki, yaxşı heç nə alınmayacaq, lakin yenə təxirə salmaq artıq mümkün deyil.

Reallıq ən pis proqnozları təsdiq etdi. Blinken səfər çərçivəsində NATO üzvləri olan ölkələrin XİN başçılarının görüşündə iştirak etdi və bu görüş səfərin yeganə uğuru oldu. Lakin ümumi ritorik şablonlardan konkret məsələlərə keçəndə tərəflər arasında dərhal fikir ayrılıqları ortaya çıxıb.

Pandemiya Avropa üçün "ideal fırtına"ya çevrilir

Belə ki, Əfqanıstandakı dinc nizamlama iləbağlı fikir ayrılıqları özünü büruzə verib.

İş ondadır ki, ötən ilin fevralında ABŞ-la “Taliban” arasında bağlanmış sazişə görə, amerikalı hərbçilər Əfqanıstanı bu il mayın 1-dək tərk etməlidirlər. Nəticədə Vaşinqton hazırda “getmək olmaz qalmaq” vəziyyətindədir.

Həmin saziş Trampın nailiyyətidir, aydındır ki hakimiyyətdəki demokratlar sənədi sadəcə prinsipdən dəfn etmək istəyərlər. Lakin eyni zamanda Əfqanıstan məsələsi çoxdan dalana dirənib və ABŞ ordan getməlidir, saziş isə gözəl imkandır.

Eyni zamanda böyük dövlət imicinə əhəmiyyət verməyən Trampdan fərqli olaraq, Bayden hökuməti amerikalıların gedişindən sonra qaçilmaz olan reputasiya itkisinə yol vermək istəmir. Taliblər hakimiyyətə gələcəklər. Onlar döyüşlərə başlamaq niyyətlərini gizlətmirlər.

Ondan başqa logistika problemləri də var. Əfqanıstandakı 10 mindən artıq hərbçidən ibarət NATO kontingenti bir aylıq müddətə çıxarıla bilməz.

Baydenin Putinlə arasını jurnalist vurub?

Bu mürəkkəb vəziyyətdə ABŞ ciddi-cəhdlə az ziyanlı həll yolunu axtarır. Lakin Blinkenin Avropaya səfəri zamanı aydın oldu ki, amerikalıların nəzərə almadığı dah bir vacib amil var. Söhbət müttəfiqlərin, ilk növbədə Almaniyanın mövqeyindən gedir. Müttəfiqlərin isə xeyli iddiaları var.

Avropa fəal şəkildə Əfqanıstan hakimiyyəti ilə taliblər arasında gedən danışıqları dəstəkləyir. Aİ-də tezliklə saziş imzalanacağına inanmırlar və hesab edirlər ki, sabit siyasi nəticə əldə etmək üçün NATO-nun Əfqanıstandakı hərbi missyiasının vaxtı uzadılmalıdır.

ABŞ-dakı yeni hökumətin Trampın xarici siyasət mirasını necə fəal surətdə dağıtdığını görən NATO üzrə müttəfiqlər başa düşüblər ki, bu məsələ Əfqanıstandan qoşunların çıxarılmasına da toxunacaq. Ona görə Almaniya bundesverin əməliyyatdakı mandatının daha bir il müddətinə uzadılması prosesinə start verib.

Və bu zaman ABŞ qəflətən apreldə Türkiyədə digər sülh konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Eyham vurulur ki, konfransda əcnəbi qoşunları tez çıxarmağa imkan verəcək saziş imzalana bilər.

Avropa "AstraZeneca"dan intiqam alır

Avropa bu təklif barədə KİV-dən xəbər tutub və təbii ki, hiddətlənib.

Tutaq ki, Tramp nümayişkaranə şəkildə müttəfiqləri təhqirlər və saymamazlıqla alçaldırdı. Lakin yeni demokrat hökumət faktiki olaraq eyni cür hərəkət edir: kommunikasiya normal işləmir, Vaşinqton tərəfdaşları ilə nəinki məsləhətləşməyi, hətta planlaşdırılan addımlar barədə əvvəlcədən məlumat verməyi vacib saymır.

Burada qeyd etmək olardı ki, bu məsələyə görə qəzəblənmək qəribədir, çünki belə hərəkət tərzi ABŞ üçün adidir.

Lakin baş verənlərə başqa mövqedən baxmağa məcbur edən amil var. İş ondadır ki, Əfqanıstandakı NATO kontingentinin cəmi 3,5 min nəfəri amerikalılardır. Qalan 7 min NATO-nun başqa ölkələrinindir.

Nəticədə Avropanın ABŞ-ın son təşəbbüslərinə əsəbi reaksiyası həmçinin onun hərbçilərinin amerikalılar tərəfindən qeyri-sabit, növbəti dəfə müharibə ərəfəsində olan ölkədə taleyin ümidinə buraxılmaq qorxusu ilə bağlıdır. Məhz ona görə “bir yerdə girdik – bir yerdə çıxırıq” mövzusu Blinkenin Brüsseldəki danışıqlarında belə aydın səslənirdi.

Lakin iş təkcə bunda deyil. Müqayisə üçün: 2011-ci il iyunun 6-sı üçün NATO-nun Əfqanıstandakı kontingentinin sayı 132 min hərbçidən çox idi. Onların arasında amerikalıların sayı 90 mindən yuxarı idi. Yəni, ABŞ-ın əməliyyata insan resursları ilə töhfəsi onda 47 ölkənin birgə töhfəsindən iki dəfə çox idi. İndi isə vəziyyət əksinə dəyişib – qərbdaxili əməkdaşlığın müxtəlif sahələrində belə dəyişikliklər baş verib.

Aİ koronavirusla mübarizədə təşəbbüsü əldən verib

ABŞ-ın fövqəldövlət qüdrəti onların real imkanlarına söykənirdi. Bu imkanlar digərlərinin birgə imkanlarını bir neçə dəfə üstələyirdi. İndi isə amerikalıların üstünlüyü aşkar nisbi xarakter daşıyır – şübhə yoxdur ki, bu fakt nəinki Moskvada və Pekində, həmçinin Berlində, Ankarada və başqa paytaxtlarda da qəbul edilir.

Ona görə də hamar-dostluq bəyanatlarından kənarda ABŞ dövlət katibi Avropa səfərindən gözlənilən nəticəni alıb. Qeyri-demokratik Moskva və Pekini qızğın tənqid edən Almaniya “Şimal axını – 2”dən geri çəkilmək fikrində deyil, Avropanın isə Çinlə imzalanmış ticarət tərəfdaşlığı barədə sazişdən imtina etmək niyyəti yoxdur. Türkiyə isə neçənci dəfədir ki, Blinkenin Rusiyanın S-400-lərini qaytarmaq çağırışına cavab verir ki, bu məsələ müzakirə üçün bağlıdır.

Bayden hökumətinin qarşısında məsələ durur: Artmış güclərini anlamış kiçik tərəfdaşlarını sözəbaxan etmək üçün alətlər tapmaq lazımdır. Düzdür, fakt deyil ki, belə alətlər kollektiv Qərb daxilində əhəmiyyətli dərəcədə dəyişmiş qüvvələr nisbəti şəraitində ümumiyyətlə mövcuddurlar.