Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ koronavirusla mübarizədə təşəbbüsü əldən verib

© REUTERS / JAVIER BARBANCHOСитуация в связи с эпидемиологической обстановкой в Испании, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в Испании, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
İttifaqa üzv ölkələr başa düşdülər ki, suda boğulanlar ancaq öz qollarını işə salmaqla qurtula bilərlər.

BAKI, 10 mart — Sputnik, İrina Alksnis. Dərman Vasitələri üzrə Avropa Agentliyinin (EMA) sədri, eləcə də Avstriyanın Səhiyyə Məsələləri üzrə Agentliyinin nümayəndəsi Krista Virtumer-Xoxe "Sputnik-V" peyvəndinin Vyana tərəfindən təcili şəkildə təsdiqlənməsi imkanını "rus ruletkası" ilə müqayisə edib.

Bu mövzu təsadüfən ortaya çıxmayıb: Avstriya Rusiya preparatına maraq göstərdiyini gizlətmir. Keçən həftə Rusiya Birbaşa İnvesitisiyalar Fondunun nümayəndəsi ilə kansler Sebastyan Kurts arasında telefon danışığı baş tutdu.

Hərçənd, ölkə rəhbərliyi EMA tərəfindən dərmanın Avropa bazarına qəbuluna icazə veriləcəyini bildirsə də, daha bir bir nüfuzlu və zəngin Aİ ölkəsinin Moskva ilə peyvənd əməkdaşlığına hazır olması müşahidəçilər tərəfindən əhəmiyyətli addım kimi qiymətləndirilir.

Virtumer-Xoxenin bu bəyanatına "Sputnik V"-nin yaradıcıları dərhal reaksiya verdilər və avropalı məmurdan ictimaiyyət qarşısında üzr istəməsini tələb etdilər.

EMA rəhbəri yalnız vəzifə səlahiyyətlərini deyil, həm də ədəb səviyyəsini aşıb. Əvvəla, Sputnik V-nin istifadəsini artıq təsdiqləmiş 46 ölkədə milli tənzimləyicilərin peşəkarlıq səviyyəsinə şübhə ilə yanaşaraq peşə etikasını kobud şəkildə pozub. Bundan başqa, EMA bu günə qədər başqa hər hansı bir peyvənd preparatı haqqında belə bir fikir irəli sürməyib ki, bu da başa düşüləndir. Çünki bu cür mövqe açıq-aşkar qeyri-peşəkar yanaşmadır. Bununla belə, agentlik Rusiya peyvəndi ilə bağlı danışarkən seçdiyi ifadələrə bir o qədər də fikir verməyib ki, bu da onun siyasi qərəzliliyindən və ruslara qarşı bəsit irqçilik münasibətindən xəbər verir.

Bir sözlə, Aİ-nin vaskinasiya ilə bağlı problemlərini nəzərə alsaq, Virtumer-Xoxenin davranışları tamamilə izah olunandır. Avropanın çox diqqətlə götür-qoy edilmiş və dövrün ideologiyasına tamamilə uyğun gələn planları iflasa uğradı. EMA Rusiya və digər ölkələrin istehsalı olan "səhv" peyvəndlərin çıxdaş edilməsini nəzərdə tutan sərt mərkəzləşdirilmiş prosedur yerinə "Sputnik V"-nin sertifikasiyası üçün ekspertiza prosesinə başlamaq məcburiyyətində qaldı. Üstəlik, bu peyvənd preparatı Almaniyanın başçılıq etdiyi nüfuzlu qrup tərəfindən dəstəklənir.

Avropa İttifaqında vaksinasiya ilə bağlı o qədər qəliz vəziyyət hökm sürür ki,

Avropa Komissiyası üzv dövlətlərin Brüsselin müqavilə bağlamadığı istehsalçılardan müstəqil dərman almaq hüququnu tanıyıb. Kütləvi informasiya vasitələri yalnız "Putinin Avropanın mərkəzindəki təbliğat uğurundan" deyil, həm də Avropa strategiyasının uğursuzluqlarından açıq şəkildə yazmağa başlayıblar.

Almaniyanın "Die Welt" qəzeti cırtdan ölkə San-Marinonun Sputnik V-ni ilk qeydiyyatdan keçirən ölkələrdən biri olmasının səbəblərini açıqlayıb.

Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan (koronavirusdən ölənlərin sayının əhalinin ümumi sayına olan nisbətinə görə dünyada birinci yeri tutur) San-Marinonun hakimiyyət orqanları mərkəzləşdirilmiş kanallarla Brüsseldən peyvənd almaq üçün dəfələrlə Aİ-yə müraciət etsə də, heç bir nəticəsi olmayıb: "Buna görə də Rusiya Federasiyasına müraciət etdik və beləliklə, Sputnik V-nin tədarükünə nail olduq".

Yerli hakimiyyətlərin təşəbbüsü Avropa İttifaqının əlindən almasına daha bir nümunə İtaliyanın fəal hərəkətləri oldu. Bu ölkədə də başa düşdülər ki, suda boğulanlar ancaq öz qollarını işə salmaqla qurtula bilərlər.

Bir neçə həftə bundan əvvəl Aİ peyvəndlərin ixracını əngəlləyən bir mexanizmi tətbiq etdi və bu prosedurdan ilk istifadə edənlər italyanlar oldular. "AstraZeneca" şirkəti İtaliyanın Anagni şəhərindəki bir müəssisədə istehsal olunan 250 min doza peyvəndi Avstraliyaya göndərməyi planlaşdırırdı. Habuki Avstraliyada COVID-19-la bağlı vəziyyət Avropadakından daha yaxşıdır: həm yoluxma sayı aşağıdır, həm də ölkədə artıq 300 min doza peyvənd var. Üstəlik, bu ay Avstraliyada "AstraZeneca" texnologiyasından istifadə etməklə peyvənd istehsalına başlanılacaq.

Beləliklə, İtaliya hakimiyyəti peyvənd preparatının ixracı təklifini rədd etdi. Ölkənin Baş nazir Mario Dragi isə Aİ-ni peyvənd tədarükünə dair müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətlərə qarşı daha sərt davranmağa çağırdı ("AstraZeneca" bu anti-reytinqdə liderdir).

İtalyanlar bununla da kifayətlənmədilər. İki gün əvvəl Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə "Adienne Pharma & Biotech" arasında Avropada bu tip ilk sənəd olan "Sputnik V"-in istehsalı ilə bağlı müqavilə imzalandı.

Bununla belə, sanki Brüssel Aİ üzvlərinin artan "təşəbbüskarlığından" məmnun deyil və digər "cəbhələrdə", xüsusən də iqtisadi sahədə işlər bir o qədər də yaxşı getmir. Biznes dairələri mövcud vəziyyət və gələcək perspektivlərə bədbin nəzərlərlə baxır. Avropa iqtisadiyyatının bərpası gecikir, davam edən məhdudiyyətlər müəssisələrin işinə mane olur, kənara kapital axını güclənir və növbəti turizm mövsümü təhlükə altındadır. "Bloomberg"in dəyərləndirməsinə görə, Aİ vaksinasiya prosesinin ləng aparılması səbəbindən 50-100 milyard avro pul itirə bilər.

Belə vəziyyətdə Aİ-nin üzvlər arasında nizam-intizamı gücləndirməyə vaxt tapa bilməməsi heç də təəccüblü deyil. Və qurum üzvlərinin pandemiya ilə mübarizə aparmaq üçün ideoloji cəhətdən qüsursuz olan, amma kağız üzərində qalmış strategiyaya deyil, real vəziyyətə əsaslanmalarına göz yummaq məcburiyyətindədir. Odur ki, hərəkət proqramını dərhal dəyişdirmək məcburiyyətində qalan avropalı məmurların bu yolla - Virtumer-Xoxenin "Sputnik V" və "Rus ruletkası" ilə bağlı bəyanatı sayaq açıqlamalar verməklə - acıq çıxmaqdan başqa çarəsi yoxdur.

Xəbər lenti
0