Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa "AstraZeneca"dan intiqam alır

© AFP 2024 / HANNIBAL HANSCHKEВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Ancaq bu addım, çətin ki, "AstraZeneca"nın taleyini həll etsin. Çox güman ki, digər Qərb dövlətləri şirkətə dəstək verəcək, özü də söhbət yalnız Böyük Britaniyadan getmir.

BAKI, 18 mart — Sputnik, İrina Alksnis. Artıq iyirmidən çox ölkə İngiltərə-İsveç şirkəti olan "AstraZeneca"nın Oksford universiteti ilə birgə işləyib-hazırladığı peyvənd preparatının tətbiqini dayandırıb. Dünən bu siyahıya preparatın "vətən"i sayılan İsveç da daxil oldu. Rəsmi səbəb – peyvənd olunanlarda trombozun qeydə alınmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şirkətin tərəfini saxlayaraq bəyan etdi ki, hadisəyə peyvəndin səbəb olması ilə bağlı heç bir dəlil-sübut yoxdur və ölkələri xəstəliyin ağır formalarının qarşısına almaq üçün vaksinasiya prosesini davam etdirməyə çağırdı.

Bununla belə, ÜST əmin etdi ki, daxil olan məlumatları araşdırandan sonra nəticələrini açıqlayacaq.

Ancaq təəssüf ki, "AstraZeneca" ilə bağlı vəziyyəti tibbi cəhətdən və qərəzsiz elmi araşdırmalarla qiymətləndirmək mənasızdır. Çünkü dünyada əczaçılıq sektoru artıq çoxdan siyasiləşib, korrupsiyalaşıb və ətrafındakı hər şeyi korrupsiyalaşdıran "Klondayk" oyununa dönüb. Pandemiya isə bu prosesi bir az da sürətləndirib.

Вакцина AstraZeneca, фото из архива  - Sputnik Azərbaycan, 1920, 17.03.2021
SƏHİYYƏ
Azərbaycanın baş infeksionisti "AstraZeneca" olayına münasibətini bildirdi

Buna görə də ÜST-ün mövqeyinin nə dərəcədə "AstraZeneca"nın real təhlükəsizlik səviyyəsi ilə bağlı olduğu və nə dərəcədə siyasi məqsədlərə əsaslandığı barədə yalnız mülahizə yürütmək olar. Bu, elə Avropa İttifaqına (Aİ) da aiddir. Məsələ burasındadır ki, vaksinasiya olunmuş şəxslər arasında ağırlaşmaların, hətta ölüm hallarının baş verdiyi barədə məlumatlar lap əvvəldən daxil olurdu. Ancaq Almaniya, Fransa və Avropanın digər aparıcı dövlətləri preparatın tətbiqinin dayandırılması kimi radikal addımı yalnız onları buna vadar edən siyasi şərait yarananda atdılar.

Aİ-də vaksinasiya prosesi faktiki olaraq iflasa uğrayıb, bu məsələni dünyanın aparıcı KİV-ləri və nüfuzlu siyasi fiqurlar da artıq dilə gətirib. Sözsüz ki, əsas günah Brüssel, Berlin və digər Qərbi Avropa paytaxtlarının üzərinə düşür. Çünki vaksinasiya məsələsində qərarı məhz onlar veriblər və bu ölkələrin ən əsas səhvlərindən biri "AstraZeneca"ya stavka etmələri olub.

Bir yandan şirkətin hazır məhsulu bazara yubanma ilə çıxdı ki, nəticədə də istehsal qrafikini irəli çəkməli oldular. Digər tərəfdən, şirkət Aİ qarşısındakı öhdəliklərini yerinə yetirə bilmədi.

İlk qalmaqal bu ilin yanvar ayında ortaya çıxdı. Həmin vaxt "AstraZeneca" Brüsseli xəbərdar etdi ki, istehsal-daşınma problemləri ucbatından yaxın aylarda müqavilədə nəzərdə tutulan peyvənd miqdarını 60 faiz azaltmaq məcburiyyətindədir.

İngiltərənin "AstraZeneca" ilə ayrıca müqavilə imzalaması və bununla da öz ərazisində istehsal olunan peyvənd preparatı ilə bağlı müstəsna hüquqa nail olması vəziyyəti bir az da gərginləşdirdi. Bu, Londonun vaksinlə təminatının bütün qitədən dəfələrlə yaxşı olmasına gətirib çıxardı. Başa çatmış Brexit-in fonunda mənzərə açıq-aşkar Aİ-nin xeyrinə deyil.

Флаг ООН, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.03.2021
SƏHİYYƏ
BMT də AstraZeneca məsələsinə qarışdı

Beləliklə, son həftələr ərzində Avropa şirkətin müqaviləyə əməl etməsinə nail olmaq üçün bütün təzyiq rıçaqlarını işə saldı. Amma bu, vəziyyəti bir az da qəlizləşdirdi.

Keçən cümə günü "Reuters" xəbər verdi ki, "AstraZeneca" əlavə olaraq Aİ ölkələrinə peyvənd tədarükünü məhdudlaşdıracağını bildirib. Hələ fevralın 25-də şirkətin rəhbəri Paskal Sorio Avropa Parlamentinə söz vermişdi ki, onlar bu ilin birinci rübündə Aİ-yə əvvəldən planlaşdırılan 90 milyon doza yerinə 40 milyon doza peyvənd göndərməyə çalışacaqlar. Keçən həftənin axırında isə məlum oldu ki, bu göstəricini güc-bəla ilə 30 milyona çatdırmaq mümkün olacaq.

Bazar ertəsi günü isə Avropa dövlətləri, o cümlədən, Aİ-nin lider ölkələri preparatın təhlükəsizliyini yoxlamaq bəhanəsi ilə bir-birinin ardınca "AstraZeneca"nın istifadəsini dayandırdılar ki, bu da şirkətin nüfuzuna böyük zərbə vurdu.

Ancaq bu addım, çətin ki, "AstraZeneca"nın taleyini həll etsin. Çox güman ki, nəhəng beynəlxalq strukturlar və digər Qərb dövlətləri şirkətə dəstək verəcək. Özü də söhbət yalnız Böyük Britaniyadan getmir. Dünən "AstraZeneca" ABŞ-a əlavə peyvənd preparatının göndəriləcəyi ilə bağlı məlumatı əks etdirən press-reliz yaydı.

Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
SƏHİYYƏ
"AstraZeneca" Avropaya peyvənd tədarükünü 25% azaltdı

Yaranmış vəziyyət Qərb daxilində artan aşılmaz ziddiyyətlərin bir daha təsdiqlənməsi kimi maraq doğurur. Cəmi bir neçə həftə bundan əvvəl NATO müttəfiqləri arasındakı fikir ayrılığını Donald Trampın zərərli fəaliyyətinin ayağına yazmaq adət halını almışdı. Ancaq Tramp Ağ Evi tərk etsə də, istər "Şimal Axını-2", istərsə də müdafiə xərcləri ilə bağlı Avropa ilə ABŞ arasındakı ziddiyyətlərin həll olunacağına ümid azdır. "AstraZeneca" ətrafında yaşanan yeni qalmaqal isə prinsipcə başqa amildir və bu məsələdə günahı heç bir halda ABŞ-ın eks-prezidentinin üstünə atmaq olmaz.

Çünki hər şeyin mərkəzində obyektiv şəkildə artan resurs çatışmazlığı dayanır, buna görə də mübarizə kəskinləşir və hər kəs Qərb həmrəyliyi barədə səsləndirilən ənənəvi fikirləri qulaqarında vuraraq getdikcə yorğanı daha çox öz üzərinə çəkməyə çalışır və "qeyri-ənənəvi" üsullara əl atır.

Düzdür, Qərb real vəziyyətin bu qədər acınacaqlı olduğunu, çətin ki, etiraf etsin. Odur ki, böyük ehtimalla, bu işin içində də Qərb ölkələri arasına nifaq toxumları səpən "rus barmağının" olması haqqında mahnı oxuyan hamını təngə gətirmiş valı işə salacaqlar.

İndiki şəraitdə bunu etmək daha asandır. Çünki "AstraZeneca"ya qarşı düşməncəsinə demarş edən Avropanın yüksək etimadı doğrultmayan peyvəndi əvəz edə biləcək bir neçə ehtiyat variantı var. Həmin siyahıya isə Rusiyanın "Sputnik V" preparatı başçılıq edir.

Xəbər lenti
0