BAKI, 19 mart — Sputnik. Növbəti Avropa Çempionatında Fransa ilə oyun Almaniya yığmasının Köhnə Dünya birinciliyinin final mərhələlərində 50-ci matçı olacaq. “UEFA.com” saytı Almaniya yığmasının AVRO-da çıxışlarının statistikasını təqdim edir.
Almaniya ilk dəfə 1972-ci ildə Avropa Çempionatında çıxış edib və o vaxtdan bəri heç bir final turnirini buraxmayıb. AVRO-2020-ni nəzərə almasaq, belə finalların sayı 12-dir. 2024-cü ildə Almaniya AVRO-nun ev sahibi olacaq, odur ki, bu seriya dəqiq 14-dək davam edəcək.
Almaniya milli komandası Avropa birinciliyini üç dəfə qazanıb (1972, 1980, 1996) və bu göstərici üzrə ispanlarla rekordu paylaşır. “Bundestim” sonuncu dəfə 1996-cı ildə Berti Foqtsun rəhbərliyi altında qızıl medalı qazanıb. Berti Foqts Avropa çempionatlarında həm məşqçi, həm də futbolçu kimi (AFR, 1972) qalib gəlmiş yeganə şəxsdir.
On iki AVRO-nun altısında almanlar finala çıxıblar. 1988-ci ildə Almaniya Federativ Respublikası (AFR) çempionatın ev sahibi idi, lakin yığma medalsız qaldı. Almaniya millisinin ən pis çıxışları 2000-ci və 2004-cü illərdə olub – komanda qrupdan çıxmayıb.
İndi isə Yoahim Lövün komandası ilə hər kəs hesablaşmalıdır. Statistikaya baxın və lərzəyə gəlin!
Almaniya AVRO-da necə çıxış edib?
3 çempion (1972, 1980, 1996)
3 ikinci yer (1976, 1992, 2008)
3 yarımfinal (1988, 2012, 2016)
3 qrup mərhələsi (1984, 2000, 2004)
1 final mərhələsinə çıxmayıb (1968)
2 iştirak etməyib (1960, 1964)
Almaniya Demokratik Respublikasının (ADR) yığması isə 1960-cı ildən 1988-ci ilədək bütün Avropa birinciliklərində iştirak edib, lakin final mərhələsinə çıxmayıb. ADR həmçinin AVRO-92-nin püşkatmasında iştirak edib, ancaq 1990-cı ildə Almaniyanın birləşməsindən sonra turnirdən çıxıb.
AVRO-da oynanılan matçların sayına görə Almaniya millisinin liderləri
Final mərhələsindəki matçların sayına görə “Bavariya” və “Mançester Yunayted” klublarının yarımmüdafiəçisi Bastian Şvaynştayger yalnız Portuqaliya yığmasının lideri Kriştianu Ronaldudan geridə qalır.
18: Bastian Şvaynştayger (2004, 2008, 2012, 2016)
14: Filip Lam (2004, 2008, 2012)
13: Mario Qomes (2008, 2012, 2016)
13: Tomas Hesler (1992, 1996)
13: Yurgen Klinsman (1992, 1996)
13: Miroslav Kloze (2004, 2008, 2012)
AVRO-nun bütün dövrlərində Almaniya millisinin ən məhsuldar oyunçuları
5: Mario Qomes
5: Yurgen Klinsman
5: Herd Müller
4: Lukas Podolski
4: Rudi Feller
4: Diter Müller
Ayrı-ayrı AVRO-larda Almaniya millisinin ən məhsuldar oyunçuları
Herd Müller (1972), Diter Müller (1976), Klaus Allofs (1980) və Karl-Hayns Ridle (1992) final mərhələlərinin ən sərrastları olublar.
1972: Herd Müller (4)
1976: Diter Müller (4)
1980: Klaus Allofs (3)
1984: Rudi Feller (2)
1988: Rudi Feller (2)
1992: Karl-Haynts Ridle (3)
1996: Yurgen Klinsman (3)
2000: Mehmet Şoll (1)
2004: Mixael Ballak, Torsten Frinqs (1)
2008: Lukas Podolski (3)
2012: Mario Qomez (3)
2016: Mario Qomez (2)
AVRO-nun ayrı-ayrı matçlarında Almaniya millisinin ən məhsuldar oyunçuları
AVRO-nun tarixində səkkiz het-trikdən ikisini Almaniya (AFR) nümayəndələri ediblər.
3: Diter Müller (AFR – Yuqoslaviya 4:2, yarımfinal, 17.06.1976)
3: Klaus Allofs (AFR – Niderland 3:2, qrup mərhələsi, 14.06.1980)
AVRO-nun final mərhələlərinin sayına görə Almaniya yığmasının rekordçuları
Hələ heç kim AVRO-nun dörddən çox final mərhələsində iştirak etməyib. Kriştianu Ronaldu üçün AVRO-2020 beşinci ola bilər.
4: Lotar Matteus (AFR – 1980, 1984, 1988, 2000)
4: Lukas Podolski (Almaniya – 2004, 2008, 2012, 2016)
4: Bastian Şvaynştayger (Almaniya – 2004, 2008, 2012, 2016)
AFR/Almaniya millisinin AVRO-larda məşqçiləri kim olub?
Helmut Şön (Belçika – 1972), Yupp Derval (İtaliya – 1980) və Berti Foqts (İngiltərə – 1996) almanları Avropa çempionatlarında qələbəyə gətirib çıxarıblar. Yoahim Löv AVRO-larda milli komandaya digər məşqçilərdən daha çox rəhbərlik edib.
1972: Helmut Şön
1976: Helmut Şön
1980: Yupp Derval
1984: Yupp Derval
1988: Frans Bekenbauer
1992: Berti Foqts
1996: Berti Foqts
2000: Erix Ribbek
2004: Yurgen Klinsman
2008: Yoahim Löv
2012: Yoahim Löv
2016: Yoahim Löv