Bu geridönüşləri unutmaq mümkün deyil - VİDEO

© AFP 2023 / PATRICK HERTZOGФутболисты сборной Франции радуются победе на ЕВРО-2000
Футболисты сборной Франции радуются победе на ЕВРО-2000 - Sputnik Azərbaycan
Abunə olmaq
Bu matçın son dörd dəqiqəsi Türkiyə yığmasının AVRO-2008-də bütün oyununu özündə təcəssüm etdirir – fədakar, cəsur, qətiyyətli. Hesabın 1:2 olduğu bir vaxtda türklərə qəhrəman lazım idi

BAKI, 19 mart — Sputnik.

AÇ-1960, yarımfinal: Fransa-Yuqoslaviya 4:5

İlk Avropa Çempionatının açılış oyunu tamaşaçılara turnirin tarixində indiyə qədər bənzəri omayan bir süjet bəxş etdi. Fasilədən əvvəl fransızlar 2:1 hesabı ilə irəli çıxdılar, lakin bu hələ başlanğıc idi. "Üçrənglilər" daha iki dəfə fərqi artırdılar və sona 15 dəqiqə qalmış 4:2 hesabı ilə öndə idilər, lakin Yuqoslaviyanın beş dəqiqə ərzində vurduğu üç qol fransızları inamlı qələbədən məhrum etdi.

AÇ-1976, yarımfinal: Yuqoslaviya-AFR 2:4 (əlavə vaxt)

İlk 30 dəqiqədə buraxılmış iki qoldan sonra almanların çempion titulunu qorumaq şansları az qala buxarlanırdı. Lakin 1974-cü ilin dünya çempionları təslim olmaq istəmədilər və əsas vaxtın sonuna səkkiz dəqiqə qalmış onlar tarazlığı bərpa etdilər. Oyuna əvəzləmədən daxil olmuş Diter Müller əlavə vaxtın son altı dəqiqəsində het-trikini rəsmiləşdirərək AFR yığmasının Çexoslovakiya ilə finalda görüşünü təmin etdi.

AÇ-1984, yarımfinal: Fransa – Portuqaliya 3:2 (əlavə vaxt)

Portuqaliyalılar əsas vaxtda tarazlığı bərpa etdilər, əlavə vaxtda isə irəli keçdilər, lakin onların bədbəxtliyindən fransızların heyətində Mişel Platini var idi. "Üçrənglilər"in turniri ən yüksək səviyyədə keçirmiş kapitanı yenidən mübarizənin müqəddəratını həll etdi. O, bir qol ötürməsi və 119-cu dəqiqədə qolu ilə tarixə düşdü.

AVRO-2000, qrup mərhələsi: Yuqoslaviya – Sloveniya 3:3

Yuqoslaviya oyunun sonuna yarım saat qalmış acınacaqlı vəziyyətdə idi. Birincisi, sloveniyalılar üç cavabsız qol vurmuşdular, ikincisi isə yuqoslaviyalılar 60-cı dəqiqədə Sinişa Mixayloviçin çıxarılmasından sonra 10 nəfər qalmışdılar. Lakin Vuyadin Boşkovun komandası sanki bu maneələri hiss etmədi və bir-birinin ardınca 67-ci, 70-ci və 73-cü dəqiqədə qollar vurdu. Son nöqtəni topu qapı xəttindən çıxarmış yuqoslaviyalı müdafiəçi İvan Dudiç qoydu.

AVRO-2000, qrup mərhələsi: Portuqaliya – İngiltərə 3:2

AVRO-2000 İngiltərə üçün mümkün qədər yaxşı başladı. İlk 18 dəqiqədə yarımmüdafiəçilər Pol Skolz və Stiv MakManaman fərqləndilər. Lakin fasiləyə qədər Luiş Fiqu və Joau Pintunun sayəsində hesab artıq bərabər idi. Portuqaliyalıların oyunçusu Rui Koşta da parlaq oyun nümayiş etdirdi. Onun ustacasına verdiyi ötürmə sayəsində Nunu Qomeş komandasına qələbə gətirdi.

AVRO-2000, qrup mərhələsi: Yuqoslaviya – İspaniya 3:4

Dörddəbir finala çıxmaq üçün İspaniyaya qələbə lazım idi, lakin 90-cı dəqiqə idi və hesab 3:2 balkanlıların lehinə idi. Qaiska Mendyeta bərabərliyi penaltidən bərpa etdi, lakin Xose Antonio Kamaçonun komandasına daha bir qol lazım idi. O da bu qolu vurdu! Alfonso Peres oyunda ikinci qolunu rəqib qapısından keçirdi və final fiti ispanların qələbəsini rəsmiləşdirdi.

AVRO-2004, qrup mərhələsi: Niderland-Çexiya 2:3

Dik Advokaatın komandası 19-cu dəqiqədə 2:0 öndə idi, lakin 1996-cı ilin gümüş mükafatçıları Yan Kollerin səyləri nəticəsində bir topun əvəzini çıxdılar. İkinci hissənin ortasında Milan Baroş hesabı 2:2 etdi. Bundan sonra "narıncılar"ın müdafiəçisi Con Heytinqa oyundan kənarlaşdırıldı. Sona iki dəqiqə qalmış Vladimir Şmitser mümkünsüzü bacardı.

AVRO-2008, qrup mərhələsi: Türkiyə – Çexiya 3:2

Euro 2008 - Turkey 3-2 Czech Republic (Highlights) from muratulku on Vimeo.

Bu matçın son dörd dəqiqəsi Türkiyə yığmasının AVRO-2008-də bütün oyununu özündə təcəssüm etdirir – fədakar, cəsur, qətiyyətli. Hesabın 1:2 olduğu bir vaxtda türklərə qəhrəman lazım idi. 87-ci dəqiqədə bərabərlik qolunu vurmuş Nihat Kahveci belə bir qəhrəman oldu. Sona bir dəqiqə qalmış kapitan qələbə topunu da vurdu. Sonrakı dörddəbir finalda türklər daha bir möcüzə yaratdılar.

Xəbər lenti
0