AVRO-nun aqibəti necə olacaq? Bu və digər suallar cavablandırıldı

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidБолельщики празднуют победу сборной России
Болельщики празднуют победу сборной России - Sputnik Azərbaycan
Abunə olmaq
AVRO-nun, matç və təyyarə biletlərinin, otel rezervasiyalarının, vizaların və UEFA Festivallarının aqibəti necə olacaq? Suallarınız cavablandırıldı

BAKI, 18 mart — Sputnik. UEFA AVRO-2020-nin final mərhələsini gələn ilə təxirə salmağı qərara alıb. Buna görə də bununla bağlı ən çox verilən sualları cavablandırmaq qərarına gəldik.

Daha çox məlumat əldə etdikdən sonra bu məqalə yenilənəcək. Odur ki, vaxtaşırı buraya baxmağı unutmayın.

AVRO-2020 nəzərdə tutulan tarixlərdə keçiriləcək?

UEFA AVRO-2020-nin final mərhələsini bir il təxirə salıb. Yeni təxmini tarixlər bunlardır: 11 iyun-11 iyul 2021-ci il. Daha ətraflı məlumatı rəsmi press-relizdən ala bilərsiniz.

AVRO-2020 matçı üçün biletimin aqibəti necə olacaq?

Başa düşürük ki, bundan sonra nə olacağı barədə çoxlu suallarınız ola bilər. Bilet proqramını yenidən təşkil etmək üçün əlimizdən gələni edirik.

Əmin olun ki, əgər 2021-ci ildə çempionata gedə bilməsəniz, UEFA biletlərin nominal dəyərini sizə tam ödəyəcək. Bununla bağlı ətraflı məlumat euro2020.com/tickets saytında yerləşdiriləcək və elektron poçt vasitəsilə göndəriləcək.

Mən artıq oteldə nömrə sifariş etmişəm. Rezervasiyanı ləğv edə bilərəmmi?

Bu rezervasiyanı etdiyiniz yerdən asılıdır. Rezervasiyanın ləğv edilməsi qaydalarına baxın. Sifarişin təsdiqi haqqında məktubu tapın və ya daha çox məlumat üçün hesabınıza daxil olun. Provayderiniz sifarişlərin çevik ləğvini təmin edirsə, dərhal rezervasiyanı ləğv edə və pulları tamamilə geri ala bilərsiniz.

Yeni məlumatlar üçün provayderinizin veb saytını izləyin və ya variantlar haqqında məlumat əldə etmək üçün onunla əlaqə saxlayın.

Təyyarə biletlərimin aqibəti necə olacaq? 

Koronavirus epidemiyası fonunda bir çox böyük aviaşirkətlər biletləri pulsuz dəyişməyə və ya geri qaytarmağa imkan verir. Aviadaşıyıcının saytını ziyarət edin və ya daha ətraflı məlumat üçün ona zəng edin.

“COVID-19” ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini və bunun səyahətinizə necə təsir göstərəcəyini proqnozlaşdırmaq çətindir.

İyun-iyul ayları üçün bilet sifariş etmisinizsə və aviaşirkətiniz biletləri pulsuz dəyişdirməyə və ya geri qaytarmağa icazə vermirsə, aviaşirkətə zəng edin və hansı variantların olduğunu öyrənin.

Viza üçün sənədlərimi vermişəm, amma 2021-ci ildə o, etibarsız olacaq. Mən nə etməliyəm?

Matçlarda iştirak etmək üçün “FAN ID” (azarkeş pasportu) üçün müraciət etmisinizsə, vaxtaşırı elektron poçtunuzu yoxlayın. Sizinlə mütləq əlaqə saxlayacaqlar.

Digər vizalara gəldikdə isə, yaşayış yerindəki səfirliyə müraciət etməli və ya yeni viza üçün sənəd verməli olacaqsınız. İlk növbədə yeni təsdiqlənmiş cədvəli gözləməyi tövsiyə edirik.

Məni AVRO-2020-nin könüllüsü seçiblər. İndi necə olacaq?

Yerli təşkilat komitələri elektron poçt vasitəsilə bütün könüllülərlə birbaşa əlaqə saxlayacaqlar. Poçt qutunuzu yoxlamağı unutmayın.

Ev sahibi şəhərlərdə UEFA Festivallarının aqibəti necə olacaq?

Narahat olma! Çempionat 2021-ci ildə bütün qonaqlara – həm bilet sahiblərinə, həm də futbol bayramının unudulmaz atmosferinə qərq olmaq istəyən azarkeşlərə bol-bol emosiyalar bəxş edəcək. Yaxın aylarda UEFA Festivallarının səhifələrini yeniləyəcəyik və sizə UEFA Festivallarının formatındakı dəyişikliklər və 2021-ci il üçün digər yeniliklər barədə məlumat verəcəyik.

 

Xəbər lenti
0