İDMAN

Flaqman fəaliyyətini dayandırdı

"Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini bir müddətlik, müvəqqəti dayandırıb
Sputnik

BAKI, 14 mart — Sputnik. “Neftçi” futbol klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

İtaliyada futbol yarışları dayandırıldı

Sputnik Azərbaycan  xəbər verir ki, bu barədə paytaxt  klubunun rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, "Neftçi” PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini bir müddətlik, müvəqqəti dayandırıb.

Məlumatda həmçinin bildirilir ki, növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcək.