İtaliyada futbol yarışları dayandırıldı

© REUTERS / CIRO DE LUCAУборщик дезинфицирует места на стадионе Сан-Паоло в Италии, фото из архива
Уборщик дезинфицирует места на стадионе Сан-Паоло в Италии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyəti olmadığını açıqlayıb

BAKI, 10 mart — Sputnik. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb. Sputnik Azərbaycan "Football Italia"ya istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.

Eyni zamanda İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq. Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədiyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyəti olmadığını açıqlayıb.

Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözügedən virusa yoluxub.

Xəbər lenti
0