BAKI, 5 fevral — Sputnik. Ümumdünya Antidopinq Agentliyi (WADA) futbol üzrə Rusiya milli komandasının Qətərdə keçiriləcək DÇ-2022-də iştirakına qadağa qoymayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) Rusiya millisinin dünya çempionatından kənarlaşdırılması ilə bağlı iddiaları təkzib edib. Rusiya Futbol Şurasının mətbuat xidməti də bu haqda heç bir məlumat almadıqlarını bəyan edib.
Qeyd edək ki, "beIN Sports" ərəb telekanalı bundan əvvəl WADA-nın futbol üzrə millisinin 2020-ci il Dünya çempionatından kənarlaşdırıldığı barədə xəbər yayıb. İddiaya görə, Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb. Belə bir qərarın verilməsinə isə Moskvadakı antidopinq laboratoriyasında dopinq testlərin manipulyasiyasının səbəb olduğu bildirilirdi.
WADA-nın niyyəti: başdan-başa klounada, yoxsa britaniyalıların sui-qəsd nəzəriyyəsi
2019-cu ilin dekabrında WADA Rusiyanı 4 illik beynəlxalq yarışlardan kənarlaşdırmaq barədə qərar qəbul edib. Söhbət Olimpiya oyunlarından və dünya çempionatlarından gedir. WADA təmsilçisi Conatan Teylor Rusiya yığmasının 2022-ci mundialına vəsiqə qazanacağı təqdirdə neytral statusda oynaya biləcəyini açıqlamışdı.
Rusiya antidopinq agentliyi rəsmi olaraq verilən qərarla razılaşmayıb. Yaxın günlərdə sanksiya ilə bağlı İdman arbitraj məhkəməsi yenidən məsələyə baxacaq.