BAKI, 30 yanvar — Sputnik. “Sən supersən!” beynəlxalq vokal müsabiqəsi bir çox izləyicinin ürəyincə olub və buna görə də üçüncü mövsüm ilə kifayətlənməyəcək. Belə ki, bu müsabiqənin artıq dördüncü mövsümünün kastinqi elan olunub.
Azərbaycanın xalq artisti “Tı super!Tansı”nın iştirakçılarına müraciət edib
Layihədə əla vokal qabiliyyəti olan və uşaq evlərində, ögey və qəyyum ailələrdə yaşayan, habelə çətin ailə vəziyyəti ilə əlaqədar internat məktəblərində olan uşaqlar iştirak edə bilərlər.
Müsabiqədə seçim prinsipi eyni olaraq qalır: ögey ailələrin uşaqları, Rusiyanın və MDB ölkələrinin bütün şəhərlərindən 7-18 yaş arası internat məktəblərinin şagirdləri və uşaq evlərində yaşayan uşaqlar layihənin iştirakçısı ola biləcəklər.
Kastinqdə iştirak etmək üçün Sputnik Azərbaycan-ın redaksiyasının info@sputnik.az elektron poçt ünvanına aşağıdakıları göndərməlisiniz:
1. Kastinq iştirakçısının özünü (soyadı və adı, yaşı, şəhəri və statusu: yaşadığı uşaq evi/internat məktəbi/ögey ailə/qəyyum ailə) təqdim etdiyi video və eyni zamanda uşağın çıxışlarının bir neçə videogörüntüsü. Müsabiqələrdə çəkilmiş çıxışların yazılarını göndərə bilərsiniz.
2. Doldurulmuş ərizə. Buradan yükləyə bilərsiniz:
İlk seçmə mərhələnin nəticələri 2020-ci ilin yazında açıqlanacaq.
"Tı super! Tansı"nın azərbaycanlı iştirakçısının çıxışdan sonrakı təəssüratları
“Sən supersən!” uşaq musiqi yarışmasının premyerası 2017-ci il fevralın 11-də NTV kanalında yayımlanıb. İlk verilişlərdən etibarən bu layihə ən populyar istedad müsabiqələrindən birinə çevrildi. İki illik fəaliyyət müddətində “Sən supersən!” layihəsi 174 gənc ulduza vokal istedadlarını ortaya qoymağa və peşəkar musiqi karyerasında ilk addımlarını atmağa kömək etdi. Bəzi iştirakçıların hətta xəyalları yerinə yetdi və onlar valideynləri oldu.
İlk mövsümdə Azərbaycanı iki gənc ifaçı təmsil edib – Bakıdan Pərvanə Əlcanova və Gəncə şəhərindən Xoşqədəm Mehdiyeva. İkinci mövsümdə Bakıdan Səməd Novruzov və Zaqatala rayonundan Namiq Cəbrayılov özlərini böyük səhnədə göstəriblər. Musiqi şousunun üçüncü mövsümü Bakıdakı 2 nömrəli uşaq evindən olan azərbaycanlı təmsilçi Xanım Əhmədiyevanın heyranedici çıxışı ilə yadda qaldı.
"Sən supersən!" müsabiqəsinin keçmiş iştirakçıları hazırda müxtəlif uşaq musiqi müsabiqələrinin, o cümlədən beynəlxalq yarışmaların xüsusi qonaqlarıdır. Şounun ikinci mövsümünün qalibi Diana Ankudinovanın çıxışı 2018-ci ildə Rusiyanın “YouTube” seqmentinin ən populyar üç videosu olub.
"Sən supersən!" beynəlxalq müsabiqəsi Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi ilə “NTV” televiziya şirkəti və Sputnik Beynəlxalq Xəbər Agentliyi və Radiosu tərəfindən keçirilir.