Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın xalq artisti “Tı super!Tansı”nın iştirakçılarına müraciət edib

Abunə olmaq
Azərbaycanın xalq artisti Gülağası Mirzəyevin “Tı super!Tansı”nın azərbaycanlı iştirakçıları - rəqs cütlüyü İlkin Hüseynov və Sevinc Behbudovanın ünvanına söylədiyi xoş arzu və məsləhətlərin yer aldığı videomüraciətə baxın.

NTV telekanalında "Tı super!Tansı" beynəlxalq rəqs festivalında iştirakçıların yarımfinal çıxışlarına start verilib. Azərbaycanı bu layihədə rəqs cütlüyü İlkin Hüseynov və Sevinc Behbudova, həmçinin Abbasqulu Səfərov təmsil edir. İştirakçıların azarkeşləri arasında Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, pedaqoq Gülağası Mirzəyev də var.

"Əziz uşaqlar, səhnəyə çıxarkən hər zaman öz ölkənizlə qürur duyun! Azərbaycan bütün dünyaya çox sayda görkəmli şəxsiyyətlər bəxş edib. Bizim ölkəmiz istedadlarla zəngindir və siz də bunu təsdiqləyirsiz." — deyə Mirzəyev bildirib.

İştirakçılar layihənin növbəti mərhələsinə keçəcəklərmi? Bunu şənbə günü, 18 noyabrda, Bakı vaxtı ilə saat 21:00-da NTV telekanalında və Sputnik portalında görmək olar.

Unikal rəqs müsabiqəsi valideyn himayəsindən məhrum olan uşaqlara böyük rəqs dünyasında ilk addımlarını atmağa kömək edir. Layihədə ölkələrin ən yaxşı xoreoqrafları toplaşırlar ki, hər kəsin rəqs edə biləcəyini sübut etsinlər. Müsabiqədə gənc rəqqaslar soloda, cüt şəkildə və kollektiv rəqs edəcəklər.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin Sevda Fətullayeva və İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü təmsil edir.

Xəbər lenti
0