Layihənin böyük səhnəsində azərbaycanlı iştirakçı məşhur türk müğənnisi Tarkanın mahnısının sədaları altında Şərq rəqsini ifa edib. Nömrə oriental və plastika elementləri ilə zəngin olub.
Münsiflər — xoreoqraf və quruluşçu rejissor Yeqor Drujinin, balerina və Moskvanın Böyük teatrının solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görməyə ümid etdiklərini bildiriblər.
Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü və Abbasqulu Səfərov təmsil edir.
NTV teleşirkəti və Sputnik beynəlxalq informasiya agentliyi və radiosu tərəfindən keçirilən "Tı super! Tansı" beynəlxalq müsabiqəsi Rusiya, MDB və Baltika ölkələrindən olan istedadları birləşdirir və valideyn himayəsindən məhrum uşaqlara arzularını həyata keçirmək üçün şans verir.