RUSİYA

Viktor Skripnik: "Onlar bizi terrorçu kimi göstərmək istəyirdilər, alınmadı"

Ukrayna ərazisində qurama siyasi cinayətlər və gizli həbsxanalar barədə onlardan birindən beş sonra qurtulan Viktor Skripnik müsahibəsində məlumat verir
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Ötən bazar Ukrayna və Donbas arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutdu. Donetsk və Luqanska təhvil verilənlər arasında Ukrayna hakimiyyətinin terrorizmdə suçladığı, amma əvvəlcədən quraşdırma olduğu üçün günahını sübuta yetirə bilmədiyi Viktor Skripnik də vardı.  O, RİA Novosti-yə ukraynalı döyüşçülərin verdiyi qəddar işgəncələrdən və Ukrayna Təhlükəsizlik Qüvvələri ilə "Azov" milliyyətçi batalyonunun əməkdaşlığından danışıb. 

Rusiya ilə Ukrayna müqavilə bağladılar

- Zəhmət olmasa, deyin, dəyişdirilməyə qədər harada saxlanılırdınız və necə əsir düşmüsünüz?

- 2014-cü ilin sentyabrından Mariupolda, istintaq izolyatorunda saxlanılırdım. İnsanların həlak olduğu terror aktlarında şübhəli bilinirdim. Bunların hamısı 2014-cü il mayın 9-da Mariupolda baş verən hadisələrlə əlaqədar idi. Bu beş il ərzində məhkum olunmamışam, günahım sübut olunmayıb, çünki heç bir dəlil yox idi. Allaha şükür, bizi oradan qopardılar, çünki artıq başqa şans qalmamışdı. 

- Bütün bu beş ili istintaq izolyatorunda oldunuz?

- Bəli.

- Tutulduğunuz an referenduma və "DXR"ə hansısa aidiyyətiniz vardı?

- Əlbəttə. Aktiv mövqeyim vardı. "Donetsk Xalq Respublikası"nın Ukraynadan ayrılmasına görə, prinsipcə bizim regionların çoxunda olduğu kimi, biz də bütün mitinqləri dəstəkləyir, iştirak edirdik. Ukraynanın güc strukturları xətti keçəndə, qan axıdılanda biz də qərara gəldik ki, aktiv fəaliyyətə keçək, həmin dövrdə respublikanı dəstəkləyək.

Həbs olunmağım və UTX-nin zirzəmilərində keçirdiyimiz ilk iki həftə tam işgəncə idi, özü də maraqlıdır ki, bu işgəncələr bizdən hansısa məlumatı öyrənmək üçün edilmirdi. İşgəncələrlə bizi 2014-cü ilin yayında baş verən hadisələrdə Ukraynanın könüllü batalyonlarının və güc strukturlarının etdiyi cinayətləri boynumuza götürməyə vadar etmək istəyirdilər. Həmin cinayətlərin hamısını bizim ayağımıza yazmağa cəhd edirdilər.

- Bu hansı cinayətlər idi, onlar sizin boynunuza nəyi qoymaq istəyirdilər?

- Əsasən provokasiyalar idi: mayın 9-da DİN şöbəsinin gülləyə tutulması: həmin vaxt həm milislər, həm də şəhərin müxtəlif rayonlarında dinc sakinlər həlak oldular; 9 Mayın şərəfinə keçirilən parad da gülləyə tutulmuş, DİN şöbəsinin binası məhv edilmişdi. 

- Onlar istəyirdilər ki, siz bunu etdiyinizi etiraf edəsiniz?

Putin Vaşinqtona xəbərdarlıq etdi – Belə kömək etmək istəyirsinizsə...

- Hə, quraşdırmışdılar, müxtəlif quraşdırma səhnələr hazırlayıb bizi müəyyən mətnləri əzbərləməyə məcbur edirdilər. Heç vaxt görmədiyimiz, tanımadığımız adamları tanımağımızı istəyirdilər. Hətta guya haradasa Rostov vilayətində, hansısa hərbi şəhərcikdə hərbi diversiya hazırlığı keçdiyimizi etiraf etməyə məcbur edirdilər. Ömrümdə orada olmamışam. Bizi cinayət törədən və hər şeydə günahkar olan terrorçu kimi göstərmək istəyirdilər, amma bu, beş il ərzində alınmadı.

- Mariupol hava limanındakı həbsxana barədə nə bilirsiniz?

- Xoşbəxtlikdən, mən oraya düşmədim. Mariupol aeroportundan çox az adam sağ çıxıb. Amma bizim üzərimizdə görkəzmə məhkəmə qurmaq istəyirdilər. Yəni tək piar üçün deyildi, sadəcə, onların xeyrinə olan propaqanda üçündü. Bizi sağ saxladılar, parçalanmaq üçün aeroporta göndərmədilər. Ancaq UTX-nin zirzəmisində  aeroportdan gətirilənləri çox gördük. Onları ya dəyişdirilməyə, ya da hansısa istintaq işlərinə hazırlayırdılar. Danışa bilən adamlar bizimlə əlaqə yaradırdılar. Biz detalları öyrənirdik, onlar da məlumatları çatdırmaq istəyirdilər, çünki bilirdilər ki, yaxın günlərdə ölə bilərlər.

- UTX-nin zirzəmisində saxlanmağınız rəsmi idi? Bu barədə kimsənin xəbəri vardı?

- Yox, heç kim bilmirdi. Və yenə də, özümün Ukraynanın İstintaq Bürosuna, Prokurorluğa, Baş prokurorluğa müraciətlərimdə göstərirdim ki, bizi sentyabrın 21-də həbs ediblər, istintaq təcridxanasına isə şəxsən məni oktyabrın 1-də aparıblar. Hətta o qanuni 3 gün saxlama müddətinin vaxtı da dəfələrlə ötmüşdü. Bizim haqqımızda heç yerdə heç nə bilmirdilər. Vəkilim mənə demişdi ki, yaxınlarım məni hər yerdə axtarıblar, amma bizim həbs olunduğumuzu heç yerdə təsdiq etməyiblər. Heç kim bizim UTX-nin zirzəmisində iki həftə saxlanıldığımızı bilmirdi.

- Bu iki həftə ərzində nələr baş verdi?

- Birinci gün əllərimizi arxamızda bağlı saxladılar. Ayaqlarımızı da skotçla bağlamışdılar. Çöməltmə oturmuşduq. Bir sutka belə dayanmalı idik. Kimin gücü çatmırdısa, beton döşəməyə yıxılırdı, onları, o cümlədən məni də futbol topu kimi döyürdülər. Sonra yenə çöməltmə oturmağa vadar edirdilər. Beş sutka bizi yatmağa qoymadılar. Sonra istintaq hərəkətləri başladı. Əvvəlcə bu, elementar suallar, tərcümeyi-hal barədə məlumatlar idi. İkinci-üçüncü gündən isə quraşdırma mətnlər başladı, bizi bütün törətmədiyimiz cinayətləri etiraf etməyə məcbur edirdilər. Çox savadlı quraşdırmışdılar. Mətni unudub, başqa sözlər deməyə cəhd göstərəndə isə daha qəddar tədbirlər görürdülər.

- Bunlar hamısı o iki həftədə oldu?

- Bəli. Amma əslində işgəncələr və fiziki təzyiqlər altı ay davam etdi. Bunlar qanunun icazə verdiyi istintaq hərəkətləri idi. Hər həftə bizi üç sutkalığa UTX-nin binasına aparırdılar. Orada isə "Azov"un döyüşçüləri və əks-kəşfiyyat işçiləri işləyirdilər. 

- İşgəncələr nə zaman bitdi?

- İş məhkəməyə göndəriləndən sonra, 6 aydan sonra biz bütün quraşdırma ifadələrdən imtina edərək özümüzü müdafiə etməyi qərara aldıq. Və artıq onların bizi hansısa istintaq hərəkətləri üçün həbsxanadan çıxarmağa ixtiyarları yox idi. Ona görə də həbsxanaya gəlib bizi orada döyürdülər. Bizi vəkillə görüş adı ilə istintaq otağına, qapısı bağlanmayan boksa salıb döyürdülər.

- Sizi necə həbs etdilər?

Zelenskinin səlahiyyətlərinin artırılmasına qarşı çıxdılar

- Biz evdə idik, şəxsi evdə. Səhər tezdən idi. Nəsə anlaşılmaz xüsusi əməliyyat keçirirdilər. Onlar gəlib qonşu evə mühasirəyə aldılar, biz də sadəcə seyr edirdik. Yəqin ki, hansısa şübhəlini axtarırdılar, maşınlarla darvazaları dağıdırdılar. Mən mətbəxə nahar eləməyə keçdim. Və qəfildən bu hadisələr bizə yönəldi: hücum çəkdilər, döşəməyə yıxdılar, silahların qundaqları ilə başımıza vurdular. Heç nə demədən, heç nə izah etmədən. Sonra üst geyimimizi soyundurdular, istintaq və ya qeyri-istintaq hərəkətləri, döyülmələr başladı. Təxminən səhər 9-dan qaranlığadək həbs apardılar, heç bir müqavimət göstərmirdik, ora balaca bir yaşayış rayonudur, amma az qala ordunun yarısı gəlmişdi.

- Saxlayanlar kimlər idi?

- UTX-nin əks-kəşfiyyatı ilə "Azov". Bu, demək olar ki, bir təşkilatdır. Onlar əlbir işləyirlər. Nə müddətdir onları tanıyıram - daim bir yerdədirlər. Digər hansısa güc strukturları barədə məlumat yoxdur.

- Siz beş il istintaq təcridxanasında qalmısınız və bütün bu beş il ərzində sizə işgəncə ediblər?

- Bizi ilk dəfə BMT və Qırmızı Xaçın nümayəndələri ziyarət edəndə adımıza kağız açdılar, yəni artıq bir qədər təhlükəsizlikdə idik, anlatdılar ki, artıq bizə işgəncə verə, yaxınlarımıza təzyiq göstərə bilməyəcəklər. Onda biz ədalət naminə aktiv müdafiə olunmağı qərara aldıq. Bax elə bu zaman da onların işi korlanmağa başladı. Çünki işin baxılması zamanı zərərçəkənlər və iştirakçılar qismində güc strukturlarının işçiləri məhkəmə zalında ifadə verirdilər. Biz də suallar verərək hər şeyin əslində necə olduğunu ortaya çıxarırdıq.

Belə alınırdı ki, onlar öz törətdikləri cinayətləri etiraf edirdilər. Hətta o vaxt qeyri-qanuni hesab edilən Milli Qvardiyanın orada olan komandirləri də. Və bu işin araşdırılması irəlilədikcə aydın olurdu ki, əslində bizi azadlığa buraxıb onları həbsə atmaq lazımdır. Buna görə də ittiham tərəfi işin baxılmasını uzatmağa başladı. Şahidlərin dindirilməsini, təxminən 40 adamdı, zərərçəkənlərin dindirilməsini, bunlar da 20 nəfərdən çox idi, guya "onları gətirmək çətin olduğuna görə" və s.  dayandırdılar. Vəssalam, bundan sonra məhkəməni gündən-günə keçirərək işi illərlə uzatdılar.

"Normand" sammiti baş tutdu. Zelenski indi hansı addımı atacaq?

Kobud desək, iş dayandı. Biz az-çox baş verən hadisələrin hüquqi tərkibini anlamağa başladığımızdan müxtəlif instansiyalara: Dövlət İstintaq Bürosuna, Prokurorluğa, ağlımıza gələn hər bir orqana, o cümlədən insan haqları üzrə quruma (o vaxt, deyəsən, Lutkovskaya idi) müraciət etməyə başladıq.

İşgəncələrlə bağlı, bizim niyə həbsə düşməyimizlə bağlı bütün dəlillərimiz vardı. Biz də bunları sübut etməyi qərara aldıq. Amma təəssüf ki, hər məktubumuza üç müxtəlif imtina, ya da məktubun hansısa başqa xidmətə yönəldilməsi barədə bildiriş gəlirdi. Hətta apellyasiya məhkəmələri vasitəsilə biz prokurorluğu cinayət işi başlatmağa məcbur etmək istəyirdik. İşi açırdılar, amma dindirilmə olmurdu, bizim ifadələri, şahid ifadələrini dinləmirdilər. İşlər də yenidən bağlanırdı. Guya ki biz bütün bunları uydurmuşduq. Baxmayaraq ki, ciddi sübutlarımız, ifadə verməyə hazır şahidlərimiz vardı. Elə bizimlə eyni zirzəmidə olan bir neçə adam var idi ki, həqiqətləri danışa bilərdilər. Onların adını çəkməyəcəyəm, çünki o ərazidə qalıblar və bu, onlar üçün  çox təhlükəli ola bilər.

- BMT ilə Qırmızı Xaç sizinlə neçənci ildə maraqlandılar?

- Bizi 2015-ci ilin yayında tapdılar. Elə o vaxtdan, Qırmızı Xaçla BMT-nin nümayəndələrinin gəlişindən sonra fiziki təzyiqlər dayandırıldı. Buna görə minnətdarıq.

- Sizdə olan sənədlərdə nə yazılıb?

- Bu artıq 2018-ci ildəki işlərdir. O vaxt prokurorluq UTX və "Azov"a qarşı olan işləri dəfələrlə bağlayırdı. Biz məhkəmələr vasitəsilə həmin işləri qaldırmağa çalışırdıq. Burada mənim prokurorluq işçilərinin fəaliyyətsizliyi, prokukorluğun istintaqa başlaması üçün məhkəmənin qərar verməsi, Milli Qvardiya və "Azov"a qarşı bu işdə şahidlərin dindirilməsi tələbi barədə ərizəm var. Müəyyən soyadlar və s. var. Və Oktyabr rayon məhkəməsinin qərardadı üzrə məhkəmə işi başlanır, bir-iki ay uzanır, sonra da bir-iki aydan sonra cavab gəlirdi ki, filan iş sadəcə bağlanıb. 

Puşilin: “Zelenski Poroşenkonu onun ən pis təzahürlərində təkrarlayır”

Bir maraqlı məktub var. Bu, ölkədə yeni yaradılan Dövlət İstintaq Bürosunundur. Bu bircə kağızla özünün mövcudluğunun mənasının üstündən xətt çəkdi, çünki burada onlar boyunlarına alırlar ki, istintaq aparmadan, adı çəkilən şahidlər  dindirilmədən, işin materiallarını öyrənmədən belə hesab ediblər ki, mən bütün bunları uydurmuşam və bu səbəbdən işi bağlayırlar. Daha dəqiqi, onlar onu heç açmırlar da. Bu onu sübut edir ki, Ukraynada qanunu müdafiə edən qurumlar əslində nə cür işləyir. İşi yenidən açan məhkəmə qərarları da var, amma yenə də indiyədək heç bir reaksiya yoxdur. Yəni hətta prokurorluq məhkəmənin qərarını saya salmır.

- Sizə sənədləri qaytararaq bütün ittihamları götürdülər?

- Yox. Bizə belə izah etdilər ki, bizim üçün yeni pasport düzəldiblər, çünki köhnə pasportlarımız ya işin materialları arasında itib, ya da harayasa yoxa çıxıb. Yeni pasport verdilər, təbii ki, qeydiyyatsız. İş davam edir. Bizi fərdi öhdəliklə azad ediblər, yəni sonrakı məhkəmə iclaslarına gəlməliyik. Bəli, əlbəttə ki, bizə söz verdilər ki, daha bizi həbs etməyəcəklər, amma mənim əslində bu sözlərə inanmamaq üçün tutarlı sübutum var. Bilirəm ki, həbs olacaq. Üstəlik, nəzərə alaq ki, onlar bizə qarşı necə ciddi ittihamlar irəli sürürlər. İndi ancaq gözləyirik ki, öz öhdəliklərinin bir hissəsini yerinə yetirərək qiyabi ittiham və əfv etsinlər. Yəni prosessual təmizliyin belə variantı var.

- Necə fikirləşirsiniz, sizi prosessual təmizlikdən sonra başqa maddə ilə həbs edə bilərlər?

- Demək olar ki, buna əminəm. Bu beş ildən çox müddətdə xeyli siyasi cinayət işi görmüşük, onları o dərəcədə saxtalaşdırırdılar ki, məsələn, əgər adam 258-ci maddəni ("terror təşkilatının fəaliyyətində iştirak") üstündən götüzdürməyə nail olurdusa, hakim görürdüsə ki, adam doğrudan günahkar deyil - ya hadisənin yanından keçib,  ya da təsadüfən səhv adama zəng vurub, - o zaman həmin adamı buraxırdılar, sonra isə onun üzərində "təsadüfən" qumbara aşkar edir və bu dəfə "silah saxlama" maddəsinə görə içəri basırdılar. Bu, ən çox yayılmış işdir.