Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Vaşinqtona xəbərdarlıq etdi – Belə kömək etmək istəyirsinizsə...

© REUTERS / EVGENIA NOVOZHENINAЕжегодная большая пресс-конференция президента РФ В. Путина
Ежегодная большая пресс-конференция президента РФ В. Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Putin ABŞ-ın "Ukraynadan qaz tranzitini saxlamaq üçün" Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəyinə görə təəccübünü gizlətməyib

BAKI, 19 dekabr — Sputnik. Birləşmiş Ştatların sanksiyaları bu ölkənin Rusiya ilə dövlətlərarası münasibətlərinə təsir edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik böyük mətbuat konfransında Birləşmiş Ştatların Rusiyaya qarşı yeni mümkün sanksiyalarını şərh edərkən bildirib.

"Birləşmiş Ştatların sanksiyaları bu ölkənin Rusiya ilə dövlətlərarası münasibətlərinə təsir edəcək. Lakin buna baxmayaraq, biz işləməyə davam edəcəyik və lazım gələrsə, bu addımlara qarşı cavab addımları atacağıq", - deyə Rusiya lideri qeyd edib.

Putin eyni zamanda ABŞ-ın "Ukraynadan qaz tranzitini saxlamaq üçün" Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəyinə görə təəccübünü gizlətməyib: "Bizim özümüz də bu tranziti saxlamaq istəyirik. Əgər Birləşmiş Ştatlar Ukraynaya kömək etmək istəsə idi, onlara pul verərdi. Lakin heç nə yoxdur".

Qeyd edək ki, Rusiya prezidentinin illik böyük mətbuat konfransı Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirilir. Sayca 15-cisi keçirilən böyük mətbuat konfransında iştirak etmək üçün 1895 jurnalist akkreditasiyadan keçib ki, bu da rekordun imza atıldığı ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur.

Putin ilin yekunlarına dair böyük mətbuat konfransı keçirmək praktikasını 2001-ci ildən - ilk prezidentlik müddətindən işə salıb. 2008-ci ildə keçirilən mətbuat konfransı davamlılıq müddətinə görə rekorda imza atıb. Belə ki, həmin vaxt Rusiya prezidenti 4 saat 40 dəqiqə ərzində 106 suala cavab verib.

Xəbər lenti
0