BAKI, 17 dekabr — Sputnik. Ukraynanın Konstitusiya Məhkəməsi ölkə prezidentinin səlahiyyətlərinin genişləndirilməsinin Konstitusiyaya zidd olduğuna dair qərar çıxarıb. Bu barədə Sputnik Azərbaycan "Strana.ua"ya istinadən xəbər verir.
Ukrayna prezidentinə Milli Korrupsiya Əleyhinə Büroya və Dövlət Araşdırmalar Bürosuna rəhbərlər təyin etmək hüququ verən qanun layihəsinin Konstitusiyaya zidd olduğu təsdiqlənib.
Bundan əlavə, Ukrayna Konstitusiya Məhkəməsi proporsional seçki sisteminə keçidi və Ali Radanın deputatlarının azaldılmasına dair qanun layihəsinə düzəlişlərin edilməsini istəyib.