CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üçüncü Avropa Oyunlarını keçirəcək ölkə dəqiqləşdi

Səsvermədə iştirak edən 50 Avropa ölkəsinin Milli Olimpiya Komitələri yekdilliklə tək namizəd olan Krakovun xeyrinə əl qaldırıb
Sputnik

BAKI, 22 iyun — Sputnik. Üçüncü Avropa Oyunlarının keçiriləcəyi yer məlum olub.

Salam, Minsk! II Avropa Oyunlarında Azərbaycan mədəniyyəti təqdim olunub

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, Avropa Olimpiya Komitəsində bu gün keçirilən səsvermə zamanı Polşanın Krakov şəhəri 2023-cü ildə oyunlara ev sahibliyi etmək hüququ qazanıb. EOC-un Twitter hesabında qeyd olunduğu kimi, səsvermədə iştirak edən 50 Avropa ölkəsinin Milli Olimpiya Komitələri yekdilliklə tək namizəd olan Krakovun xeyrinə əl qaldırıb.

İlk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilmişdi. Dünən Minskdə start götürən II Avropa Oyunları 30 iyuna qədər davam edəcək.