Fransa XİN-dən Azərbaycanla bağlı absurd iddia və sonra "səhvi" düzəltməyə məcbur oldular

Azərbaycan hökuməti turistlərin ölkəmizə gəlişi üçün bütün şərtləri asanlaşdırsa da, fransızlar yenə narazıdır
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Rusiyanın Gürcüstan və Azərbaycanla quru sərhədi xaricilər üçün bağlıdır. Bu barədə Sputnik Fransa "France Diplomatie" saytına istinadla xəbər verib. Saytda Fransa Xarici İşlər Nazirliyinin xaricə səyahət edən fransızlara tövsiyələri yer alıb.

Sputnik Fransa-nın yazdığına görə isə, bu, həqiqətə uyğun deyil. "Əgər siz Qafqaza getmək istəsəniz, Fransa XİN-in məlumatını hərfi mənada qəbul etməməlisiz" — Sputnik Fransa yazıb. Qeyd edilib ki, söhbət Rusiyadan gedəndə "France Diplomatie" saytı səyahətçilər üçün olan informasiyanı özünə sərf edən variantda təqdim edir.

"Bundan əlavə, Rusiya Federasiyasının Belarus, Gürcüstan və Azərbaycanla quru sərhədləri xarici vətəndaşlar üçün bağlıdır" — deyə "France Diplomatie" yazıb.

Bəs bu, həqiqətdirmi? Əlbəttə ki, yox.

Fransa XİN Belarusla bağlı bəzi detalları boş buraxıb. Rusiya ilə sərhəddə sərhəd nəzarətinin olmaması xaricilərin Belarusa daxil olmasını asanlaşdırır. Lakin bu, o demək deyil ki, bu cür giriş qanunidir. Moskva ilə Minsk hələ vizaların qarşılıqlı olaraq tanınması barədə razılığa gəlməyib. Lakin vəziyyət dəyişir.

"Rossiyskaya qazeta"nın yazdığına görə, bu sistem futbol üzrə Dünya Çempionatı 2018 dövründə sınaqdan keçirilib və 2019-cu ilin 21-30 iyun aralığında Minskdə keçiriləcək Avropa Oyunları dövründə də tətbiq olunacaq.

Azərbaycanlı səfirin oğlu sərhədi keçərkən həbs edildi

Rusiya ilə Gürcüstan sərhədində sərhəd nəzarətinin təsvirində ciddi səhvə yol verilib. Əlbəttə, ola bilər ki, bura xaricilər üçün bağlıdır. Buraxılış məntəqəsi mövcuddur: Rusiya tərəfdən bu, "Verxniy Lars" nəzarət-buraxılış məntəqəsidir (NBM), Gürcüstan tərəfdən isə "Daryali" NBM (keçmiş "Kazbeqi").

Magistral üzərində yerləşən bu buraxılış məntəqəsi vasitəsi ilə Rusiya vizası olan hər bir əcnəbi Gürcüstana keçə bilər. Bəzi səyahətçilər Rusiya Qafqazının mənzərələrindən zövq alandan sonra "Verxniy Lars" NBM-dən sərhədi keçiblər. Bu buraxılış məntəqəsi Rusiyadan cənubda yerləşən ölkələrə — Ermənistan, Türkiyə və İrana yol açır.

"Biz yüz faiz əminik ki, Rusiya vizasını əldə etmiş istənilən ölkənin vətəndaşı, əgər o, İnterpol vasitəsilə axtarışa verilməyibsə və onun pasportunda Gürcüstanın "işğal olunmuş ərazilər" adlandırdığı Abxaziya və Cənubi Osetiyanı ziyarət etdiyi barədə möhür yoxdursa (oranı ziyarət edənlərin Gürcüstana daxil olmaq istəyi rədd edilə bilər), sərbəst şəkildə "Verxniy Lars" sərhəd məntəqəsindən Gürcüstana keçə bilər" — deyə bizim Sputnik Gürcüstan-dan olan həmkarlarımız bildiriblər.

Sərhəddə qəfil əməliyyat keçirildi, tələbələr saxlanıldı

Fransız Conatan (Jonathan L. — ad dəyişdirilib) Sputnik Fransa-ya 2013-cü ildə Moskvadan Tbilisiyə səyahəti barədə danışıb. "Verxniy Lars"a gedən yolun şimalında yerləşən Vladiqafqaza qatarla gələn Conatan taksi tutub. Onun Rusiya vizası olduğu üçün "Verxniy Lars"dakı Rusiya-Gürcüstan sərhədində heç bir problemlə üzləşməyib. Digər bir fransız isə Sputnik Fransa-yə 2017-ci ilin avqustunda eyni marşrut üzrə ailəsi ilə birlikdə necə səyahət etdiyini danışıb. O da sərhəddə hansısa problemlə üzləşmədiyini deyib.

Rusiya Qafqazındakı bir neçə sərhəd ərazilərində xüsusi rejim hökm sürür. Həmin ərazilərdəki sərhəd buraxılış məntəqələrindən turistlərin keçidi qadağandır. Eyni zamanda Rusiyanın Vladiqafqaz və "Verxniy Lars"ın yerləşdiyi Şimali Osetiyada Rusiya vizası olan turistlərə Vladiqafqaz-Kazbeqi trassı üzərindəki keçid məntəqəsindən keçməyə icazə verir.

"Nə fransızlara, nə də digər əcnəbilərə "Verxniy Lars" vasitəsilə Gürcüstana keçməkdə məhdudiyyət var" — deyə Gürcüstan XİN-dən sitat gətirən "NewsGeorgia" saytı yazıb.

Onu da qeyd edək ki, son həftələrdə Rusiyadan olan böyük turist axını səbəbindən Cənubi Qafqaz ölkələrinə keçmək istəyən turistlər "Verxniy Lars" NBM-də bir sıra problemlərlə üzləşiblər. Bu problemlərlə bütün turistlər — həm xarici, həm də rusiyalılar qarşılaşıblar.

"Rusiyadan Abxaziyaya getmək üçün Soçinin bir hissəsi olan Adlerə getmək lazım gəlir. Rusiya vizası olan xarici turistlər Psou çayı üzərindəki körpüdə yerləşən buraxılış məntəqəsindən keçə bilərlər. Cənubi Osetiyaya getmək üçünsə, "Nijniy Zamaraq" NBM-dən sərhədi keçmək lazımdır. Ancaq sərhəd qapısına yaxınlaşmazdan üç gün əvvəl Cənubi Osetiya Xarici İşlər Nazirliyinə marşrutu və ora getməyin məqsədini izah edən məktub göndərilməlidir. Xatırladaq ki, belə səfərlər gələcəkdə bəzi nəticələrə də səbəb ola bilər. Gürcüstan hökuməti bu iki respublikadan hər hansı birinin möhürünü pasportunuzda görsə, sizi ölkəyə buraxmaqdan imtina edə bilər. Çünki Gürcüstan həmin respublikaları özünün işğal olunmuş əraziləri hesab edir" — deyə Sputnik Fransa-nın hazırladığı materialda bildirilir.

Rusiyalı bloqerin adı Azərbaycanın "qara siyahı"sından çıxarıldı

Azərbaycanla bağlı isə bu məsələlər daha asandır. Odur ki, "France Diplomatie"nin bu barədə materialı bizi daha çox təəccübləndirir. Sputnik Azərbaycan bu materialla bağlı Dövlət Sərhəd Xidmətinə müraciət edib. DSX-dən bildiriblər ki, Rusiya ilə sərhəddə iki əsas buraxılış məntəqəsi var ki, əcnəbilər oradan Rusiya vizası ilə ölkəmizə gələ bilərlər. Onlardan biri SDK adlandırılan ikinci "Yalama" məntəqəsidir.

Rusiya XİN-dəki mənbə də təsdiqləyib ki, "Əgər beynəlxalq keçidlər üçün lazımi ləvazimatla təchiz edilmiş sərhəd məntəqəsi varsa və vizanız mövcuddursa, hər zaman oradan sərhədi keçə bilərsiniz. Əgər NBM bağlıdırsa, bu barədə sualları sərhədçilərə ünvanlamaq lazımdır".

Azərbaycan hökuməti də öz növbəsində bəyan edib ki, rəsmi Bakı turizmin inkişafında maraqlıdır. Elə bu səbəbdən də xaricilərin ölkə ərazisinə daxil olması və yerləşməsi ilə bağlı şərtləri asanlaşdırıb. Azərbaycanın Sərhəd Xidməti xatırladıb ki, ölkə ərazisinə yalnız Azərbaycan XİN-in "qara siyahısı"na adı düşən xarici vətəndaşların daxil olması qadağandır. Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə səbəbindən erməni soyadı olan xarici vətəndaşların da ölkəyə girişində hələlik bəzi çətinliklər mövcuddur.

"Ola bilsin, hansısa Fransa vətəndaşı Rusiya-Azərbaycan sərhəddində adı XİN-in "qara siyahısı"nda olması səbəbindən, yaxud da erməni əsilli olması ilə əlaqədar olaraq hansısa problemlə üzləşib. İstənilən halda milli təhlükəsizliyi təmin etmək üçün müvafiq tədbirlər görülür" — deyə Azərbaycan DSX-dən bildiriblər.

Ortaya sadəcə belə bir sual çıxır: Niyə fransız diplomatlar faktları yoxlamaq zəhmətinə qatlaşmaq istəmir? Cavab öz səhifəsinə ziyarət etmək tövsiyə olunmayan Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardino-Balkariya və Şimali Osetiya kimi regionların adlarını yerləşdirən "France Diplomatie" veb-saytının tövsiyələrində gizlənib.

Bu regionlarda təhlükəsizliyin səviyyəsi qənaətbəxş deyil. Fransanın diplomatiya idarəsinin əməkdaşlarının bu tövsiyələri sözügedən regionlardakı qeyri-qənaətbəxş vəziyyət fonunda öz vətəndaşlarının təhlükəsizliyini izləmək imkanlarının olmadığını nəzərə alaraq verdiyini düşünmək üçün bütün əsaslarımız var.

Qeyd edək ki, Fransa Xarici İşlər Nazirliyi bu barədə məqalələr dərc edildikdən sonra öz saytından sözügedən yanlış məlumatları çıxarıb.