QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyalı bloqerin adı Azərbaycanın "qara siyahı"sından çıxarıldı

© APAЗдание МИД Азербайджанской Республики
Здание МИД Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Fotoqraf və bloqer Vladimir Kezlinqin adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair müraciəti qəbul olunub

BAKI, 26 dekabr — Sputnik. Rusiya Federasiyası vətəndaşı, fotoqraf və bloqer Vladimir Kezlinq Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Yapon bloqçunun adı "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılıb

Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.

V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

V.Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər lenti
0