Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xocalıda yeraltı sərvət yatağı satışa çıxarıldı

© Photo : Ministry of Youth and Sports of Nakhchivan Autonomous Republic Xocalı
 Xocalı - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.
BAKI, 30 yanvar — Sputnik. Xocalı rayonundakı gil yatağı hərraca çıxarılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Belə ki, 6 hektar ərazini əhatə edən və 100 min kubmetr həcmində olan yatağın start qiyməti 10 000 manat təyin edilib.
Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.
Xəbər lenti
0