Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

AAYDA Qarabağ və Şərqi Zəngəzurda gördüyü işləri açıqlayıb

© Photo : AZERTAGZəngəzur dəhlizinin tikintisi
Zəngəzur dəhlizinin tikintisi - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8 339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1 695 metr olan 9 viadukun tikintisi başa çatıb.
BAKI, 30 yanvar — Sputnik. 2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9 581,6 m 447 körpü və ümumi uzunluğu 3 871 m olan 16 viaduk inşa edilir.
İndiyədək uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8 339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1 695 metr olan 9 viadukun tikintisi başa çatıb.
28.01.25, 18:44
Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsait açıqlandı
2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən 4 milyard 828,5 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinin məlumatına, bu, 2023-cü illə müqayisədə 13,6 % azdır.
Məlumata görə, il ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 %-ni sifarişçi təşkilatlar istifadə edib. O cümlədən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Xəbər lenti
0