https://sputnik.az/20250130/pakistan-efqanistanda-muasir-abs-silahlarina-gore-narahatdir-470291902.html
Pakistan Əfqanıstanda müasir ABŞ silahlarına görə narahatdır
Pakistan Əfqanıstanda müasir ABŞ silahlarına görə narahatdır
Sputnik Azərbaycan
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu silahlar terror təşkilatları, o cümlədən qadağan olunmuş "Təhrik-e Taliban Pakistan" tərəfindən Pakistanda... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T21:05+0400
2025-01-30T21:05+0400
2025-01-30T21:05+0400
pakistan
dünya xəbərləri
taliban
abş
əfqanıstan
bmt
https://cdnn1.img.sputnik.az/img/42284/71/422847173_0:93:1800:1106_1920x0_80_0_0_5623c13de1e9e0a015b1adc77067cb6a.jpg.webp
BAKI, 30 yanvar — Sputnik. Pakistan Əfqanıstanda müasir ABŞ silahlarının olmasından narahatdır. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Şəfqət Əli Xan bildirib. "2021-ci ilin avqustunda ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda ABŞ-ın qabaqcıl silahlarının olması Pakistanın və onun vətəndaşlarının təhlükəsizliyi üçün dərin narahatlıq doğurur", Əli Xan bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu silahlar terror təşkilatları, o cümlədən qadağan olunmuş "Təhrik-e Taliban Pakistan" tərəfindən Pakistanda terror aktları törətmək üçün istifadə edilib. "Biz dəfələrlə Kabilin de-fakto hakimiyyətini bu silahların yanlış əllərə keçməməsi üçün bütün lazımi tədbirləri görməyə çağırmışıq", - o əlavə edib. 2021-ci il avqustun əvvəlində Taliban (hərəkət terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42284/71/422847173_102:0:1699:1198_1920x0_80_0_0_73b1df65f30a6296d6a4671693ba8fe4.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_7facba604f8a804b74050162d66d26af.jpg.webp
pakistan, taliban, abş, əfqanıstan, bmt
pakistan, taliban, abş, əfqanıstan, bmt
Pakistan Əfqanıstanda müasir ABŞ silahlarına görə narahatdır
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu silahlar terror təşkilatları, o cümlədən qadağan olunmuş "Təhrik-e Taliban Pakistan" tərəfindən Pakistanda terror aktları törətmək üçün istifadə edilib.
BAKI, 30 yanvar — Sputnik. Pakistan Əfqanıstanda müasir ABŞ silahlarının olmasından narahatdır. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Şəfqət Əli Xan bildirib.
"2021-ci ilin avqustunda ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda ABŞ-ın qabaqcıl silahlarının olması Pakistanın və onun vətəndaşlarının təhlükəsizliyi üçün dərin narahatlıq doğurur", Əli Xan bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bu silahlar terror təşkilatları, o cümlədən qadağan olunmuş "Təhrik-e Taliban Pakistan" tərəfindən Pakistanda terror aktları törətmək üçün istifadə edilib.
"Biz dəfələrlə Kabilin de-fakto hakimiyyətini bu silahların yanlış əllərə keçməməsi üçün bütün lazımi tədbirləri görməyə çağırmışıq", - o əlavə edib.
2021-ci il avqustun əvvəlində Taliban (hərəkət terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, avqustun 15-də Kabilə daxil olub. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub.