DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO ABŞ qoşunlarını Rusiyanın şimal sərhədlərinə yerləşdirməyə hazırlaşır

© Getty Images / huettenhoelscherGerman soldier
German soldier - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Norveç ərazisində ABŞ hərbçiləri üçün ən azı 12 baza yaradılacaq. İsveç və Finlandiya da bu yolla gedəcək və öz ərazilərinin bir hissəsini müttəfiqlərin nəzarətinə verəcəklər.
BAKI, 30 yanvar — Sputnik. Hazırda Finlandiya və digər Skandinaviya ölkələri ABŞ qoşunlarının Rusiya sərhədlərində yerləşdirilməsi üçün şərait yaratmaqdan ötrü fəal işləyirlər.
Bunu Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen X* sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, Norveç ərazisində ABŞ hərbçiləri üçün ən azı 12 baza yaradılacaq. İsveç və Finlandiya da bu yolla gedəcək və öz ərazilərinin bir hissəsini müttəfiqlərin nəzarətinə verəcəklər.
"Orada infrastruktur yaradılacaq ki, ABŞ qoşunlarını tez bir zamanda Rusiya sərhədlərinə köçürə bilsin" - Dizen əlavə edib.
O vurğulayıb ki, Qərbin Şimalda əsas məqsədi NATO-nun Şimal Buzlu okean və Baltik dənizində mövcudluğunu gücləndirməklə Rusiyaya təhlükə yaratmaqdır.
Bundan əvvəl Yunanıstanın NATO-nun zirehli maşınlarına görə sərnişin daşımalarını dayandırdığı barədə məlumat verilmişdi.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.
Xəbər lenti
0