https://sputnik.az/20250130/mk-rusiya-diplomatlarinin-emekdasliga-celb-edilmesinin-yeni-texnologiyasini-sinayir-470300980.html
MKİ Rusiya diplomatlarının əməkdaşlığa cəlb edilməsinin yeni texnologiyasını sınayır
MKİ Rusiya diplomatlarının əməkdaşlığa cəlb edilməsinin yeni texnologiyasını sınayır
Sputnik Azərbaycan
ABŞ kəşfiyyatçıları rusiyalı diplomatların əməkdaşlığa cəlb olunmasına dair yeni strategiya hazırlasa da, heç bir irəliləyişə nail ola bilmir. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T21:50+0400
2025-01-30T21:50+0400
2025-01-30T22:45+0400
təhlil
mərkəzi kəşfiyyat idarəsi
amerika mərkəzi kəşfiyyat idarəsi
vladimir putin
agent
ukrayna
https://cdnn1.img.sputnik.az/img/40852/23/408522399_0:246:3842:2407_1920x0_80_0_0_c312bb20a0270da7f89a1f9c58b051a0.jpg.webp
Evgeni Krutikov, RİA Novosti Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov bildirib ki, rus diplomatları daim amerika kəşfiyyat xidmətlərinin "qeyri-sağlam diqqəti" altındadır. Səfirlik ətrafında vəziyyət mürəkkəbdir və işçilər hər addımda sözün həqiqi mənasında əməkdaşlığa cəlb olunma cəhdləri ilə qarşılaşırlar. Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin də təxminən eyni ruhda danışıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya isə deyib ki, Nyu Yorkdakı rus diplomatlar belə təzyiqlərlə hətta ictimai yerlərdə üzləşirlər. Söhbət klassik kəşfiyyat işi deyil, kütləvi emosional təzyiqdən gedir. Məsələn, İsveçdə, Stokholmda Rusiya səfirliyinin binasının yaxınlığındakı avtobus dayanacağında rus dilində olan banerdə rus kəşfiyyatçılarını Vətənə xəyanət etməyə dəvət edirlər. ABŞ-da, həm Vaşinqtonda, həm də Nyu-Yorkda səfirlik binasının və rus diplomatlarının yaşadığı yaşayış kompleksinin yaxınlığında kəşfiyyat sahəsində əməkdaşlığa cəlb olunmanı nəzərdə tutan vərəqələr asılır. Bəzən vərəqələr diplomatların marşrutu boyunca səpələnirlər. Bu cür təbliğat vərəqələrinə diplomatların və onların ailə üzvlərinin getdiyi ictimai yerlərdə də, məsələn, restoranlarda görünə bilər. Təşviqat üçün istifadə olunan digər bir məkan internetdir. Mərkəzi Kəşfiyyat İdarəsi demək olar ki, bütün sosial şəbəkələrdə xüsusi olaraq rus diplomatları və onların ailə üzvlərinin profillərinə yönəlmiş kontekstli reklamlar yerləşdirib. Video hosting saytları və hətta e-poçt ilə də eyni hekayədir. MKİ Telegram xidmətində təbliğat xarakterli videolar və potensial qaçqınlar üçün konkret təlimatlar yayımlayan xüsusi kanal yaradıb. MKİ-nin hazırladığı iki dəqiqəlik işə götürmə videosu hər hansı digər emosiyadan daha çox ironiya doğurur. Biz bunu təkrar etməyəcəyik, amma qeyd edək ki, bu amerikalı həmkarlarının Xarici İşlər Nazirliyində və ya kəşfiyyatda xidmət etmək taleyini özləri üçün seçmiş rusiyalıların daxili ideoloji əsaslarını başa düşmədiklərini açıq şəkildə nümayiş etdirir. Bütün bunların təsiri yoxdur. Baxmayaraq ki, daim belə təzyiq altında olmaq xoşagəlməz haldır. Bəzi dünya kəşfiyyat agentliklərində ümumiyyətlə bir ölkəyə ilk dəfə gələn gənc diplomatların "gücünü sınamaq" təcrübəsi var. Onlar küçə təxribatından tutmuş, oğurluq üçün evlərinə girmə halına da məruz qala bilərlər. İndiki rəqəmsal əsrdə fotomontaj və şantaj təhlükəsi də hələ qalmaqdadır. İllər keçdikcə küçədə heç vaxt tanımadığı adamlardan heç nə almamaq, gözlənilməz təmas zamanı, hətta əlləri arxaya qoymaq vərdişi formalaşır. Bu cür daimi stressə, dözmək psixoloji cəhətdən çox çətindir. Xüsusən də uzun müddət ərzində. Amma bu cür "vizual təbliğat" üsullarından istifadə edərək kimisə işə cəlb etmək əslində demək olar ki, mümkünsüzdür. Birincisi, burada MKİ işə qəbul videosundakı səhvi təkrarlayır. Lenqlidə 2022-ci ildən (və ya daha əvvəl) nədənsə rusiyalıların "demokratiyanın tərəfinə keçmək" arzusu ilə yaşadıqlarını düşünməyə başlayıblar. Və onları yalnız bir az itələmək və düşəcəkləri istiqamətə yönəltmək kifayətdir. Bəlkə də amerikalılar mənbələrinin məhdudluğu səbəbindən arzu olunanları gerçəklik kimi dəyərləndirir: onların analitikləri liberal dalğanın müxtəlif növ mühacirlərinin hekayələrinə əsaslanır. Bu personajlar isə həm öz rollarını, həm də tərəfdarlarının sayını şişirtməyə meyllidirlər. Onları dinləyəndə elə təsəvvür yaranır ki, guya onlar rusiyalıların ağıllarına hakimdirlər. Keçən ildən etibarən, qismən maariflənmə başlasa da, MKİ artıq "kütləvi təşviqat" və müvafiq büdcənin mənimsənilməsinə dair mexanizmi işə salmağa müvəffəq olub. İkincisi, "məhsulun" keyfiyyəti sual doğurur. Yaxşı, biz Lenqli mütəxəssisləri üçün böyük problem rus dilinin öhdəsindən birtəhər gələ bildik. Bu təəccüblü görünə bilər, amma MKİ-nin əməkdaşları ümumiyyətlə xarici dilləri zəif bilirlər. ABŞ Milli Kəşfiyyat Xidmətində xüsusi təlim sistemi yoxdur. Nəticədə MKİ mütəmadi olaraq dil bilən gənc işçilər üçün rlanlar dərc edir. Yeri gəlmişkən, bu elanlar hazırda hansı istiqamətin prioritet olduğunu açıq şəkildə göstərir. Ancaq kiril əlifbasında mətni düzgün yazmaq başqa, onun məzmununun, bir qayda olaraq, nə rus reallıqları ilə, nə dominant ideoloji meyllərlə, nə də hədəf auditoriyanın ümumi psixoloji əhval-ruhiyyəsi ilə üst-üstə düşməməsi bir başqa. Bu cür kobud ajiotaj əvvəlcə istehzaya, təkrarlananda isə qıcıqlanmaya səbəb olur. Yəni nəzərdə tutulandan fərqli olaraq, tam əks-təsir əldə olunur. MKİ mənbələri CNN-ə bildiriblər ki, Amerika kəşfiyyatında belə nəticəyə gəliblər ki, "Ukraynadakı döyüşlər ruslar üçün ABŞ-a lazım olan məlumatları çatdırmaq üçün tarixi fürsət yaradıb". Bu, rusların Qərbə üz tutmaq üçün sadəcə bəhanə gözləməsi kimi eyni yanlış müddəaya əsaslanan başqa bir yanlış fikirdir. Bütün bunlar bir növ qəribə həvəskarlıq təsiri bağışlayır. Üstəlik, bir neçə il belə emal heç bir praktiki nəticə verməsə də, MKİ hədəf auditoriyanı qıcıqlandıran "kütləvi təbliğatdan" əl çəkmir. Bu məsələ yalnız əməliyyat üçün ayrılmış maliyyə ilə bitmir. Çox güman ki, söhbət ondan gedir ki, bütün bunları təşkil edən yüksək rütbəli MKİ zabitləri həqiqətən də öz "demokratik missiyasına" və Rusiya cəmiyyətinin əhval-ruhiyyəsinin təhlili kimi onlara ötürülən cəfəngiyyata inanırlar. Klassik əməkdaşlığa cəlb olunma yanaşmaları heç vaxt açıq deyil və həftələr, hətta aylarca hazırlığın aparılmasını tələb edir. Küçədə adama yaxınlaşıb soruşmurlar ki, "Vətənə xəyanət etmək istəmirsən?". Obyekt öyrənilir, profil tərtib edilir. Hətta Moskvadan nəyisə yerində yoxlamasını xahiş edə bilərlər. Qeyd edək ki, MKİ tarixən Rusiyanın əsas universitetlərində oxuyan bütün tələbələr haqqında məlumat toplayır. İnsan MKİ-nin kompüterinə elə birinci kursa qəbul olunanların siyahıları yerləşdiriləndə daxil olur. Hər ehtimala qarşı. Bəlkə nə vaxtsa işə yaraya bilər. Ancaq işə qəbul hədəfinin profilini yaratmaq üçün bütün bu mürəkkəb, uzun və darıxdırıcı iş peşəkarların işidir. Liberal missiyanın fanatiklərinin ruhuna isə diplomatik missiyanın hasarına təbliğat vərəqələri yapışdırmaq daha uyğundur. Çünki liberal üçün İnternet bəşəriyyətin əsas nailiyyətidir. Amerikanın yeni administrasiyası kəşfiyyata fəaliyyət sahəsi kimi hələ aydın və formalaşdırılmış yanaşmaya malik deyil. Prezident Trampın özü də casusları heç vaxt bəyənməyib, onun daim aldadıldığını düşünüb. Hələlik isə MKİ daxilində dəyişikliklər çox güman ki, kosmetik xarakter daşıyacaq, çünki Trampın sərəncamında sadəcə olaraq ona sadiq kəşfiyyatçı yoxdur. Çox güman ki, diplomatik sahədə ümumi yaxşılaşmanın bir hissəsi kimi bir neçə hərtərəfli qərarlar qəbul edilə bilər. Bunlara təkcə qeyri-qanuni müsadirə edilmiş diplomatik binaların və mülklərin qaytarılması deyil, həm də bu kampaniyanın qeyri-rəsmi dayandırılması daxil ola bilər. Nəhayət, bu, sadəcə olaraq qeyri-effektivdir. Biznesmen-prezident isə yatırılan pulun təsirini yaxşı bilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_3e4ce665c9e21526332cec259ce9dd27.jpg.webp
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_3e4ce665c9e21526332cec259ce9dd27.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40852/23/408522399_153:0:3690:2653_1920x0_80_0_0_34b57a231bcb0fcd02d0dc693cc7e041.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Nadir Şəfiyev
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834744_399:0:1729:1330_100x100_80_0_0_3e4ce665c9e21526332cec259ce9dd27.jpg.webp
mərkəzi kəşfiyyat idarəsi, amerika mərkəzi kəşfiyyat idarəsi, vladimir putin, agent, ukrayna
mərkəzi kəşfiyyat idarəsi, amerika mərkəzi kəşfiyyat idarəsi, vladimir putin, agent, ukrayna
MKİ Rusiya diplomatlarının əməkdaşlığa cəlb edilməsinin yeni texnologiyasını sınayır
21:50 30.01.2025 (Yenilənib: 22:45 30.01.2025) ABŞ kəşfiyyatçıları rusiyalı diplomatların əməkdaşlığa cəlb olunmasına dair yeni strategiya hazırlasa da, heç bir irəliləyişə nail ola bilmir.
Evgeni Krutikov, RİA Novosti
Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov bildirib ki, rus diplomatları daim amerika kəşfiyyat xidmətlərinin "qeyri-sağlam diqqəti" altındadır. Səfirlik ətrafında vəziyyət mürəkkəbdir və işçilər hər addımda sözün həqiqi mənasında əməkdaşlığa cəlb olunma cəhdləri ilə qarşılaşırlar. Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin də təxminən eyni ruhda danışıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya isə deyib ki, Nyu Yorkdakı rus diplomatlar belə təzyiqlərlə hətta ictimai yerlərdə üzləşirlər.
Söhbət klassik kəşfiyyat işi deyil, kütləvi emosional təzyiqdən gedir. Məsələn, İsveçdə, Stokholmda Rusiya səfirliyinin binasının yaxınlığındakı avtobus dayanacağında rus dilində olan banerdə rus kəşfiyyatçılarını Vətənə xəyanət etməyə dəvət edirlər. ABŞ-da, həm Vaşinqtonda, həm də Nyu-Yorkda səfirlik binasının və rus diplomatlarının yaşadığı yaşayış kompleksinin yaxınlığında kəşfiyyat sahəsində əməkdaşlığa cəlb olunmanı nəzərdə tutan vərəqələr asılır. Bəzən vərəqələr diplomatların marşrutu boyunca səpələnirlər. Bu cür təbliğat vərəqələrinə diplomatların və onların ailə üzvlərinin getdiyi ictimai yerlərdə də, məsələn, restoranlarda görünə bilər.
Təşviqat üçün istifadə olunan digər bir məkan internetdir. Mərkəzi Kəşfiyyat İdarəsi demək olar ki, bütün sosial şəbəkələrdə xüsusi olaraq rus diplomatları və onların ailə üzvlərinin profillərinə yönəlmiş kontekstli reklamlar yerləşdirib. Video hosting saytları və hətta e-poçt ilə də eyni hekayədir. MKİ Telegram xidmətində təbliğat xarakterli videolar və potensial qaçqınlar üçün konkret təlimatlar yayımlayan xüsusi kanal yaradıb. MKİ-nin hazırladığı iki dəqiqəlik işə götürmə videosu hər hansı digər emosiyadan daha çox ironiya doğurur. Biz bunu təkrar etməyəcəyik, amma qeyd edək ki, bu amerikalı həmkarlarının Xarici İşlər Nazirliyində və ya kəşfiyyatda xidmət etmək taleyini özləri üçün seçmiş rusiyalıların daxili ideoloji əsaslarını başa düşmədiklərini açıq şəkildə nümayiş etdirir.
Bütün bunların təsiri yoxdur. Baxmayaraq ki, daim belə təzyiq altında olmaq xoşagəlməz haldır. Bəzi dünya kəşfiyyat agentliklərində ümumiyyətlə bir ölkəyə ilk dəfə gələn gənc diplomatların "gücünü sınamaq" təcrübəsi var. Onlar küçə təxribatından tutmuş, oğurluq üçün evlərinə girmə halına da məruz qala bilərlər. İndiki rəqəmsal əsrdə fotomontaj və şantaj təhlükəsi də hələ qalmaqdadır. İllər keçdikcə küçədə heç vaxt tanımadığı adamlardan heç nə almamaq, gözlənilməz təmas zamanı, hətta əlləri arxaya qoymaq vərdişi formalaşır. Bu cür daimi stressə, dözmək psixoloji cəhətdən çox çətindir. Xüsusən də uzun müddət ərzində.
Amma bu cür "vizual təbliğat" üsullarından istifadə edərək kimisə işə cəlb etmək əslində demək olar ki, mümkünsüzdür. Birincisi, burada MKİ işə qəbul videosundakı səhvi təkrarlayır. Lenqlidə 2022-ci ildən (və ya daha əvvəl) nədənsə rusiyalıların "demokratiyanın tərəfinə keçmək" arzusu ilə yaşadıqlarını düşünməyə başlayıblar. Və onları yalnız bir az itələmək və düşəcəkləri istiqamətə yönəltmək kifayətdir. Bəlkə də amerikalılar mənbələrinin məhdudluğu səbəbindən arzu olunanları gerçəklik kimi dəyərləndirir: onların analitikləri liberal dalğanın müxtəlif növ mühacirlərinin hekayələrinə əsaslanır. Bu personajlar isə həm öz rollarını, həm də tərəfdarlarının sayını şişirtməyə meyllidirlər. Onları dinləyəndə elə təsəvvür yaranır ki, guya onlar rusiyalıların ağıllarına hakimdirlər. Keçən ildən etibarən, qismən maariflənmə başlasa da, MKİ artıq "kütləvi təşviqat" və müvafiq büdcənin mənimsənilməsinə dair mexanizmi işə salmağa müvəffəq olub.
İkincisi, "məhsulun" keyfiyyəti sual doğurur. Yaxşı, biz Lenqli mütəxəssisləri üçün böyük problem rus dilinin öhdəsindən birtəhər gələ bildik. Bu təəccüblü görünə bilər, amma MKİ-nin əməkdaşları ümumiyyətlə xarici dilləri zəif bilirlər. ABŞ Milli Kəşfiyyat Xidmətində xüsusi təlim sistemi yoxdur. Nəticədə MKİ mütəmadi olaraq dil bilən gənc işçilər üçün rlanlar dərc edir. Yeri gəlmişkən, bu elanlar hazırda hansı istiqamətin prioritet olduğunu açıq şəkildə göstərir.
Ancaq kiril əlifbasında mətni düzgün yazmaq başqa, onun məzmununun, bir qayda olaraq, nə rus reallıqları ilə, nə dominant ideoloji meyllərlə, nə də hədəf auditoriyanın ümumi psixoloji əhval-ruhiyyəsi ilə üst-üstə düşməməsi bir başqa. Bu cür kobud ajiotaj əvvəlcə istehzaya, təkrarlananda isə qıcıqlanmaya səbəb olur. Yəni nəzərdə tutulandan fərqli olaraq, tam əks-təsir əldə olunur.
MKİ mənbələri CNN-ə bildiriblər ki, Amerika kəşfiyyatında belə nəticəyə gəliblər ki, "Ukraynadakı döyüşlər ruslar üçün ABŞ-a lazım olan məlumatları çatdırmaq üçün tarixi fürsət yaradıb". Bu, rusların Qərbə üz tutmaq üçün sadəcə bəhanə gözləməsi kimi eyni yanlış müddəaya əsaslanan başqa bir yanlış fikirdir.
Bütün bunlar bir növ qəribə həvəskarlıq təsiri bağışlayır. Üstəlik, bir neçə il belə emal heç bir praktiki nəticə verməsə də, MKİ hədəf auditoriyanı qıcıqlandıran "kütləvi təbliğatdan" əl çəkmir. Bu məsələ yalnız əməliyyat üçün ayrılmış maliyyə ilə bitmir. Çox güman ki, söhbət ondan gedir ki, bütün bunları təşkil edən yüksək rütbəli MKİ zabitləri həqiqətən də öz "demokratik missiyasına" və Rusiya cəmiyyətinin əhval-ruhiyyəsinin təhlili kimi onlara ötürülən cəfəngiyyata inanırlar.
Klassik əməkdaşlığa cəlb olunma yanaşmaları heç vaxt açıq deyil və həftələr, hətta aylarca hazırlığın aparılmasını tələb edir. Küçədə adama yaxınlaşıb soruşmurlar ki, "Vətənə xəyanət etmək istəmirsən?". Obyekt öyrənilir, profil tərtib edilir. Hətta Moskvadan nəyisə yerində yoxlamasını xahiş edə bilərlər. Qeyd edək ki, MKİ tarixən Rusiyanın əsas universitetlərində oxuyan bütün tələbələr haqqında məlumat toplayır. İnsan MKİ-nin kompüterinə elə birinci kursa qəbul olunanların siyahıları yerləşdiriləndə daxil olur. Hər ehtimala qarşı. Bəlkə nə vaxtsa işə yaraya bilər.
Ancaq işə qəbul hədəfinin profilini yaratmaq üçün bütün bu mürəkkəb, uzun və darıxdırıcı iş peşəkarların işidir. Liberal missiyanın fanatiklərinin ruhuna isə diplomatik missiyanın hasarına təbliğat vərəqələri yapışdırmaq daha uyğundur. Çünki liberal üçün İnternet bəşəriyyətin əsas nailiyyətidir.
Amerikanın yeni administrasiyası kəşfiyyata fəaliyyət sahəsi kimi hələ aydın və formalaşdırılmış yanaşmaya malik deyil. Prezident Trampın özü də casusları heç vaxt bəyənməyib, onun daim aldadıldığını düşünüb. Hələlik isə MKİ daxilində dəyişikliklər çox güman ki, kosmetik xarakter daşıyacaq, çünki Trampın sərəncamında sadəcə olaraq ona sadiq kəşfiyyatçı yoxdur. Çox güman ki, diplomatik sahədə ümumi yaxşılaşmanın bir hissəsi kimi bir neçə hərtərəfli qərarlar qəbul edilə bilər. Bunlara təkcə qeyri-qanuni müsadirə edilmiş diplomatik binaların və mülklərin qaytarılması deyil, həm də bu kampaniyanın qeyri-rəsmi dayandırılması daxil ola bilər. Nəhayət, bu, sadəcə olaraq qeyri-effektivdir. Biznesmen-prezident isə yatırılan pulun təsirini yaxşı bilməlidir.