SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının agentura şəbəkəsini yerləşdirib

© Sputnik Vladimir Fedorenkoagentura
agentura - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Milli Məclisin deputatı hesab edir ki, Aİ-nin sərhəddəki mülki müşahidə missiyasının müddətinin uzadılması Azərbaycana təzyiq elementinin bir hissəsidir.
BAKI, 30 yanvar — Sputnik. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti daha iki il – 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Faktki olaraq, bu, 17 maddəlik sülh sazişi mətnindəki "üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması" müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi anlamına gəlir.
Xatırladaq ki, Prezidenti İlham Əliyev dekabrın 17-də "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə 17 maddədən 15-nin razılaşdırıldığını deyib. Dövlət başçısı razılaşdırılmamış iki maddədən birinin məhz xarici ölkə nümayəndələrinin iki ölkə sərhədində yerləşdirilməməsi ilə bağlı olduğunu qeyd edib.
Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşulub.
Baş verənlər sülh sazişi üçün nə vəd edir?
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev deyir ki, Aİ missiyasının fəaliyyət müdətinin uzadılması sülh sazişi üçün yaxşı heç nə vəd etmir:

"Ermənistan da sülh sazişini imzalamağa hazır deyil. Paşinyanın məqsədi sülh sazişi imzalamaq yox, hərbi-iqtisadi baxımdan güclənmək və siyasi rəqiblərini sıradan çıxarmaqdır. İndi Aİ-nin sərhəddəki mülki müşahidə missiyasının müddətinin uzadılması Azərbaycana təzyiq elementinin bir hissəsidir. Əslində sərhəddəki həmin şəxslər agentura şəbəkəsini təmsil edirlər. Bu baxımdan sülh sazişi imzalanmayınca, onların buradan gedəcəyini düşünmürəm. Müşahidə missiyasının müddətinin uzadılması bölgəyə yaxşı heç nə vəd etmir".

Millət vəkili hesab edir ki, Azərbaycan Ermənistana qarşı sülhə məcburetmə siyasətini davam etdirməlidir.
Elşad Musayev hesab edir ki, əgər Ermənistan tərəfindən hər hansı təxribat olacaqsa, misli ilə cavab verilməlidir: "Azərbaycan Ermənistana güzəştsiz mövqe tutmalıdır. Bizə qarşı təxribatlar edirlər. İndi müxtəlif ölkələrdən silahlar alırlar. Aldıqları o silahlar da bizim qanuni hədəflərimizdir"
Politoloq Fərhad Məmmədov isə bildirir ki, Aİ-nin müşahidə missiyası Praqa danışıqlarından sonra yaranmışdı və onun məqsədi Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesinə yardım göstərmək idi:

"Artıq bir ildir ki, delimitasiya və demarkasiya prosesi ikitərəfli formatda gedir və müvafiq sənədlər də qəbul olunub. Yəni, Aİ-nin missiyasının bu funksiyası, hər hansı bir iştirakı bu prosesdə mövcud deyil. Ona görə də, Azərbaycanın gözləntiləri əsaslıdır. Hal-hazırkı addım geosiyasi məqsəd daşıyır. Artıq Aİ Cənubi Qafqazda Gürcüstandan sonra Ermənistanda təmsil olunur. İkinci məqam isə bu missiya Ermənistan hökuməti tərəfindən təhlükəsizlik sisteminin bir hissəsi kimi qiymətləndirilir. Ona görə, bu daha çox geosiyasi anlam daşıyır".

Politoloq deyir ki, sülh sazişinin iki bəndi üzrə prinsipial ziddiyyətlərin müşahidə olunduğunu nəzərə almaq lazımdır:
"Onlardan biri sərhəddə üçüncü tərəflərin olmamasıdır. Yəni, Aİ-nin hazırkı missiyasının təsdiqi, onun Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi sülh sazişi ilə bağlı ziddiyyətlərin həllinə deyil, onların daha da kök salmasına gətirib çıxarır. Aİ-nin qərarı sülh sazişi üzrə gedən danışıqlara zərbədir".
Paşinyanın delimitasiya və demarkasiya olunan ərazilərdə Aİ-nin müşahidə missiyasına ehtiyacın qalmadığı barədə dediklərini xatırladan politoloq, bunun Azərbaycanın təklifinə cavab olaraq bəyan edildiyini deyib.
"Yəni, Ermənistan tərəfi Aİ missiyasının bu ölkədəki dislokasiyanı və funksiyasını yenidən nəzərdən keçirə bilər. Beləliklə, danışıqlar vasitəsilə bu iki istiqamətdə iş aparılsa, Aİ missiyasının Azıərbaycan-Ermənistan sülh danışıqları prosesində maneə kimi aradan qaldırılması mümkündür" - politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0