https://sputnik.az/20250130/ermenistan-azerbaycanin-yasil-enerji-layihesine-qosulmaq-isteyir---pasinyan-470307370.html
Ermənistan Azərbaycanın "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir - Paşinyan
Ermənistan Azərbaycanın "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir - Paşinyan
Sputnik Azərbaycan
Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql... 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T19:15+0400
2025-01-30T19:15+0400
2025-01-30T19:15+0400
si̇yasət
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
yaşıl enerji
qara dəniz
kabel
macarıstan
avropa
gürcüstan
i̇rakli kobaxidze
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1e/470302391_0:134:960:674_1920x0_80_0_0_1c76b11c6680498d4cf4d9254200e7b5.jpg.webp
BAKI, 30 yanvar - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.Bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib.“Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq" - N. Paşinyan nəzərə çatdırıb.Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/1e/470302391_0:140:960:860_1920x0_80_0_0_2b14bffe5295dc3348198f8a940525fd.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, yaşıl enerji, qara dəniz, kabel, macarıstan, avropa, gürcüstan, i̇rakli kobaxidze
ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, yaşıl enerji, qara dəniz, kabel, macarıstan, avropa, gürcüstan, i̇rakli kobaxidze
Ermənistan Azərbaycanın "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir - Paşinyan
Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.
BAKI, 30 yanvar - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.
Bu barədə o, Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunlarına dair gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə keçirilən birgə mətbuat konfransında deyib.
O, regional və regional olmayan layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd edib.
“Bu kontekstdə Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkilməsi layihəsinə qoşulmaqda maraqlı və hazır olduğunu vurğulayırıq" - N. Paşinyan nəzərə çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.
Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.