https://sputnik.az/20250130/bir-cox-xesteliyin-icbari-sigorta-ile-ehate-olunmamasi-naraziliq-yaradir---komite-sedri--470297703.html
Bir çox xəstəliyin icbari sığorta ilə əhatə olunmaması narazılıq yaradır - Komitə sədri
Bir çox xəstəliyin icbari sığorta ilə əhatə olunmaması narazılıq yaradır - Komitə sədri
Sputnik Azərbaycan
Əhliman Əmiraslanov deyib ki, əhali icbari tibbi sığortadan daha çox şey umur. 30.01.2025, Sputnik Azərbaycan
2025-01-30T18:18+0400
2025-01-30T18:18+0400
2025-01-30T18:18+0400
komitə
səhi̇yyə
əhliman əmiraslanov
milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov
icbari tibbi sığorta
https://cdnn1.img.sputnik.az/img/41241/96/412419610_0:0:1201:676_1920x0_80_0_0_7f0ca4b3f42c565784ea8d6b974be3fc.jpg.webp
BAKI, 30 yanvar — Sputnik. İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir və icbari tibbi sığorta ilbəil genişlənir. Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük işlər görür: "İcbari tibbi sığortanın tətbiqində uğurlardan danışmaqla bərabər nəzərə almaq lazımdır ki, əhalinin icbari tibbi sığortadan gözləntiləri böyükdür. Hələ də bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. Bu gün müzakirə etdiyimiz ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülür. Ancaq bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşməyə və islahatlara ehtiyacı var". Xatırladaq ki, bundan öncə komitə sədri bildirib ki, onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. İnsanlar arasında ürək damar patologiyasından sonra ən çox tələfat onkoloji xəstəliklər sırasındadır: "Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/96/412419610_125:0:1040:686_1920x0_80_0_0_b323e53037b7b1b870e5d4ee65da4255.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_8b8f3f57304b8a399ecf36a82ef5c770.jpg.webp
komitə, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov, icbari tibbi sığorta
komitə, əhliman əmiraslanov, milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov, icbari tibbi sığorta
Bir çox xəstəliyin icbari sığorta ilə əhatə olunmaması narazılıq yaradır - Komitə sədri
Əhliman Əmiraslanov deyib ki, əhali icbari tibbi sığortadan daha çox şey umur.
BAKI, 30 yanvar — Sputnik. İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir və icbari tibbi sığorta ilbəil genişlənir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük işlər görür: "İcbari tibbi sığortanın tətbiqində uğurlardan danışmaqla bərabər nəzərə almaq lazımdır ki, əhalinin icbari tibbi sığortadan gözləntiləri böyükdür. Hələ də bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. Bu gün müzakirə etdiyimiz ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülür. Ancaq bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşməyə və islahatlara ehtiyacı var".
Xatırladaq ki, bundan öncə komitə sədri bildirib ki, onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. İnsanlar arasında ürək damar patologiyasından sonra ən çox tələfat onkoloji xəstəliklər sırasındadır:
"Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".