DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa İttifaqınını investisiya kəsiri 1 trilyon avroya çatır

© AP Photo / Vahid Salemiavro
avro - Sputnik Azərbaycan, 1920, 30.01.2025
Abunə olmaq
Albukerke hesab edir ki, vəziyyəti Avropa İttifaqı üçün ümumi kapital bazarının yaradılması ilə xilas etmək olar.
BAKI, 30 yanvar — Sputnik. Avropa pərakəndə investisiya bazarı 10 illik planını həyata keçirməkdə çıxılmaz vəziyyətə düşüb - investisiya kəsiri, təxminən 1 trilyon avrodur.
Bunu Avropanın maliyyə xidmətləri və investisiyalar üzrə komissarı Mariya Luiza Albukerke "Bloomberg"ə müsahibəsində deyib.
O qeyd edib ki, vəziyyəti bütün üzv ölkələrin razılığını gözləməkdənsə, "arzu edənlərin koalisiyası" – Avropa İttifaqı üçün ümumi kapital bazarının yaradılması ilə xilas etmək olar. Albukerke hesab edir ki, bu, Avropada pərakəndə investisiya bazarının inkişafına və ya transsərhəd investisiyalar üçün vergi rejimlərinin bərabərləşdirilməsinə kömək edəcək.
Onun sözlərinə görə, hazırda Avropa İttifaqının bank hesablarında 11 trilyon avroya yaxın vəsait var.
"Hətta bu məbləğin kiçik bir hissəsi kapital bazarlarında istifadə edilsə belə, bu, korporasiyalarımızın ehtiyac duyduqları kapitalı əldə etmək imkanlarında böyük əhəmiyyət kəsb edəcək" – Albukerke fikrini bildirib.
Bundan əvvəl Avropada qazın qiymətinin fantastik həddə çatdığı barədə məlumat verilmişdi.
Xəbər lenti
0