Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarə qəzasının səbəbləri ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq - Hikmət Hacıyev

© Sputnik / Murad OrudjevHikmət Hacıyev
Hikmət Hacıyev - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Azərbaycan prezidentinin köməkçisinin sözlərinə görə, bu məsələ Rusiya tərəfi ilə müvafiq ixtisaslaşdırılmış və diplomatik kanallar vasitəsilə müzakirə olunur.
BAKI, 29 yanvar - Sputnik. Ötən il dekabrın sonunda Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma Azərbaycanda davam etdirilir. Bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə ictimaiyyətə təyyarə qəzasının səbəbləri barədə ətraflı məlumat veriləcək.

“Prezidentin bu məsələyə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, vətəndaşlara aviaqəza ilə bağlı aparılan araşdırmaların nəticələri barədə mütəmadi məlumat veriləcək”, - Hacıyev deyib.

O, həmçinin qeyd edib ki, bu məsələ Rusiya tərəfi ilə müvafiq ixtisaslaşmış və diplomatik kanallar vasitəsilə müzakirə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirilir - Rəsmi
Xəbər lenti
0