DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Seul Rusiyanın Kiyevə tədarüklə bağlı xəbərdarlığını ciddi qəbul edib

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidCənubi Koreyanın paytaxtı Seul, arxiv şəkli
Cənubi Koreyanın paytaxtı Seul, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.01.2025
Abunə olmaq
Əvvəllər Cənubi Koreya hakimiyyəti Ukraynaya öldürücü silahların tədarükü ilə bağlı müzakirələrə təşəbbüs göstərsə də, sonradan yerli Milli Assambleyanın deputatlarının dörddə biri buna etiraz edib.
BAKI, 29 yanvar — Sputnik. Cənubi Koreya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi təchizatla bağlı xəbərdarlıqlarını ciddi qəbul edib.
Bunu Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev "İzvestiya"ya müsahibəsində bildirib.
O qeyd edib ki, ölkə sakinlərinin əksəriyyəti Ukraynaya silah tədarükünü dəstəkləmir.
Bununla yanaşı, Zinovyev əlavə edib ki, Cənubi Koreya hakimiyyəti daha çox daxili problemlər və ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin qurulması ilə məşğuldur.
Əvvəllər Cənubi Koreya hakimiyyəti Ukraynaya öldürücü silahların tədarükü ilə bağlı müzakirələrə təşəbbüs göstərsə də, sonradan yerli Milli Assambleyanın deputatlarının dörddə biri etiraz edərək, bunun Seulun Ukraynadakı münaqişəyə müdaxiləsinin tanınması olacağını bildirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bəyan edib ki, Seulun Ukraynaya silah tədarükü, Moskva ilə münasibətləri birdəfəlik pozacaq. O vurğulayıb ki, Rusiya bu tədarüklərə bütün lazımi üsullarla cavab verəcək.
Xəbər lenti
0