DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp cənub sərhədində saxlanılan qeyri-qanuni mühacirlərin taleyindən danışıb

© AP Photo / Julia Demaree NikhinsonABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan, 1920, 28.01.2025
Abunə olmaq
ABŞ Prezidenti, həmçinin xəbərdarlıq edib ki, deportasiya edilmiş vətəndaşlarını geri almaqdan imtina edən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.
BAKI, 28 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə hakimiyyəti sərhəddə saxlanılan bütün yeni qeyri-qanuni miqrantları deportasiya etmək niyyətindədir.
O, bunu respublikaçı konqresmenlərlə görüşü zamanı bəyan edib.
"Biz hazırda sərhəddə saxlanılanların 100%-ni deportasiya edirik" - Tramp çıxışı zamanı vurğulayıb.
O qeyd edib ki, belə şəraitdə heç kim sərhədi keçməyə cəhd etmir. Tramp sərhədçilərə kömək etmək üçün ABŞ-ın cənub bölgələrinə hərbi qüvvələr yerləşdirmək qərarını da açıqlayıb. Bu, onun fikrincə, vəziyyətə nəzarəti gücləndirməli və sərhədi qanunsuz keçmənin qarşısını almalıdır.
Prezident, həmçinin xəbərdarlıq edib ki, deportasiya edilmiş vətəndaşlarını geri almaqdan imtina edən ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Donald Trampın hakimiyyətə gəlişindən sonra deportasiya edilmiş qeyri-qanuni miqrantların ilk qrupunu Qvatemalaya çatdırıb. Gələnlər aviabazanın ərazisində yerləşən Repatriantların Qəbul Mərkəzində yerləşdiriliblər.
Xəbər lenti
0