https://sputnik.az/20250128/ranin-xarici-isler-naziri-trampa-israillileri-qrenlandiyaya-kocurmeyi-teklif-edib-470258800.html
İranın xarici işlər naziri Trampa israilliləri Qrenlandiyaya köçürməyi təklif edib
İranın xarici işlər naziri Trampa israilliləri Qrenlandiyaya köçürməyi təklif edib
Sputnik Azərbaycan
ABŞ prezidentinin fələstinlilərin qonşu ölkələrə köçürülməsi təklifinə Əraqçi belə cavab verib. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T22:13+0400
2025-01-28T22:13+0400
2025-01-28T22:13+0400
tramp
dünya xəbərləri
qəzza
donald tramp
abş
qrenlandiya
abbas əraqçi
iranın xarici işlər naziri abbas əraqçi
https://cdnn1.img.sputnik.az/img/07e9/01/14/470115931_0:162:3067:1887_1920x0_80_0_0_53cbf463ae67a347cc19bb830480b0b6.jpg.webp
BAKI, 28 yanvar — Sputnik. İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından qonşu ərəb ölkələrinə köçürülməsi təklifinə cavab olaraq israillilərin də Qrenlandiyaya köçürülməsini təklif edib. "Sky News"a müsahibə verən Əraqçi Trampın bütün regionda qəzəbə səbəb olan təklifini ələ salıb. "Mənim təklifim fərqlidir. Fələstinlilərin əvəzinə israilliləri köçürməyə çalışın, onları Qrenlandiyaya aparın ki, onlar bir güllə ilə iki quş vura bilsinlər", Əraqçi bildirib. Nazir həmçinin İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə proqramına mümkün hücumu barədə söhbətlərə də toxunub. "Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən hər hansı bir hücuma dərhal və qərarlı cavab veriləcək. Ancaq onların bu çılğın addımı atacaqlarını düşünmürəm. Bu, həqiqətən axmaqlıqdır. Halda bu, bütün regionu çox böyük bir fəlakətə aparacaq", nazir vurğulayıb. Diplomatın sözlərinə görə, Tehran Trampın təkliflərini dinləməyə hazırdır. Lakin birinci razılaşmada baş verənləri nəzərə alsaq, İranı ABŞ-la başqa bir razılaşmanı müzakirə etməyə inandırmaq üçün daha çox şey lazımdır. Xatırladaq ki, Tramp bu yaxınlarda fələstinlilərin müvəqqəti və ya uzunmüddətli olaraq Misir və İordaniyadakı yeni evlərə köçürülməsini təklif edib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/14/470115931_168:0:2899:2048_1920x0_80_0_0_d12d1e26a17cf5510bd6d44aa5ea9c7a.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp, qəzza, donald tramp, abş, qrenlandiya, abbas əraqçi, iranın xarici işlər naziri abbas əraqçi
tramp, qəzza, donald tramp, abş, qrenlandiya, abbas əraqçi, iranın xarici işlər naziri abbas əraqçi
İranın xarici işlər naziri Trampa israilliləri Qrenlandiyaya köçürməyi təklif edib
ABŞ prezidentinin fələstinlilərin qonşu ölkələrə köçürülməsi təklifinə Əraqçi belə cavab verib.
BAKI, 28 yanvar — Sputnik. İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından qonşu ərəb ölkələrinə köçürülməsi təklifinə cavab olaraq israillilərin də Qrenlandiyaya köçürülməsini təklif edib.
"Sky News"a müsahibə verən Əraqçi Trampın bütün regionda qəzəbə səbəb olan təklifini ələ salıb.
"Mənim təklifim fərqlidir. Fələstinlilərin əvəzinə israilliləri köçürməyə çalışın, onları Qrenlandiyaya aparın ki, onlar bir güllə ilə iki quş vura bilsinlər", Əraqçi bildirib.
Nazir həmçinin İsrailin ABŞ-ın dəstəyi ilə İranın nüvə proqramına mümkün hücumu barədə söhbətlərə də toxunub.
"Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə edilən hər hansı bir hücuma dərhal və qərarlı cavab veriləcək. Ancaq onların bu çılğın addımı atacaqlarını düşünmürəm. Bu, həqiqətən axmaqlıqdır. Halda bu, bütün regionu çox böyük bir fəlakətə aparacaq", nazir vurğulayıb.
Diplomatın sözlərinə görə, Tehran Trampın təkliflərini dinləməyə hazırdır. Lakin birinci razılaşmada baş verənləri nəzərə alsaq, İranı ABŞ-la başqa bir razılaşmanı müzakirə etməyə inandırmaq üçün daha çox şey lazımdır.
Xatırladaq ki, Tramp bu yaxınlarda fələstinlilərin müvəqqəti və ya uzunmüddətli olaraq Misir və İordaniyadakı yeni evlərə köçürülməsini təklif edib.