https://sputnik.az/20250128/aktauda-teyyare-qezasinda-xesaret-alanlarin-son-durumu-aciqlandi-470189574.html
Aktauda təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Aktauda təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Sputnik Azərbaycan
Təyyarə qəzasında xəsarət alanlardan ikisinin müalicəsi davam edir, ikisi reabilitasiya mərkəzinə köçürülüb. 28.01.2025, Sputnik Azərbaycan
2025-01-28T17:17+0400
2025-01-28T17:17+0400
2025-01-28T17:17+0400
təyyarə qəzası
aktauda azal-ın təyyarəsinin qəzaya uğraması
klinika
təbib
səhiyyə nazirliyi
müalicə
müalicə
aktau
azal
azal
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608699_0:61:3066:1786_1920x0_80_0_0_3af455b9f8ad5db9e5944ba8e447fb61.jpg.webp
BAKI, 28 yanvar — Sputnik. Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.TƏBİB-in yaydığı məlumata görə, Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.Məlumata görə, Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.Ümumilikdə Azərbaycana təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.24.01.25, 12:55AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir, reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti ağır stabildir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Qeyd olunub ki, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir. Məlumatda xatırladılır ki, Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib. Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib. Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar. Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır. Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.
https://sputnik.az/20250124/qezaya-ugrayan-azal-teyyaresi-ile-bagli-ilkin-neticeler-ne-vaxt-aciqlanacaq-470187964.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424608699_335:0:3066:2048_1920x0_80_0_0_711ef91f31d7fc26905f2b0134788950.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təyyarə qəzası, klinika, təbib, səhiyyə nazirliyi, müalicə, müalicə, aktau, azal, azal
təyyarə qəzası, klinika, təbib, səhiyyə nazirliyi, müalicə, müalicə, aktau, azal, azal
Aktauda təyyarə qəzasında xəsarət alanların son durumu açıqlandı
Təyyarə qəzasında xəsarət alanlardan ikisinin müalicəsi davam edir, ikisi reabilitasiya mərkəzinə köçürülüb.
BAKI, 28 yanvar — Sputnik. Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin ötən ilin dekabr ayının 25-də Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın) müalicəsi Yeni Klinikada davam etdirilir.
TƏBİB-in yaydığı məlumata görə, Reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumata görə, Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüb.
Ümumilikdə Azərbaycana təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.
Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin ötən ilin dekabr ayının 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan 4 nəfərin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir, reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin vəziyyəti ağır stabildir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Qeyd olunub ki, stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.
Məlumatda xatırladılır ki, Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib.
Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib.
Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar.
Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır.
Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub.